sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Akademik Milli Dram Teatrında Zəfər Günü qeyd olunub

07/11/2022 - 12:18
A A
Facebookda paylaş

Zəfər Günü münasibəti ilə Akademik Milli Dram Teatrında təntənəli tədbir keçirilib, “Zəfər yolu” tamaşası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın nümayişindən əvvəl teatrın bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbədən danışıb. Qeyd olunub ki, Akademik Milli Dram Teatrının 4 əməkdaşı Vətən müharibəsində iştirak edib, onlardan biri qazi olub.

Azər Paşa Nemətov bildirib ki, Xalq artisti Əli Nurun oğlu, baş leytenant Rövşən Nurzadə Şuşanın azadlığı uğrunda aparılan döyüşlərdə qəhrəmancasına şəhid olub.

Tədbirdə teatrın Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərmanı və mükafatı Xalq artisti Əli Nura, qazi Tərlan Əsgərliyə, müharibə iştirakçıları Ruslan Kərimova, Rüfət Cabbarova və Fuad Cəbrayılova təqdim olunub.

Daha sonra tamaşa nümayiş olunub.

Səhnə əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbəyə ərməğan olan yeni tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərov, rejissor assistenti Nərmin Həsənovadır.

Yeni yaradıcılıq işində Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Hicran Nəsirova, Elxan Quliyev, Mətanət Atakişiyeva, Mirzə Ağabəyli, Elnar Qarayev, Anar Heybətov, Ayşad Məmmədov, Mətləb Abdullayev, Elşən Rüstəmov, Rəşad Bəxtiyarov, aktyorlar Rüstəm Rüstəmov, Elçin Əfəndi, Xədicə Novruzlu, Rada Nəsibova, İlahə Həsənova, İlyas Əhmədov, Afət Məmmədova, Aylin Həşimova, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Cümşüd Zeynalov, Elnur Qədirov, Cavidan Novruz, Elsevər Rəhimov, Corc Qafarov, Tural İbrahimov çıxış edirlər.

Qeyd edək ki, Akademik Milli Dram Teatrı “Zəfər yolu” tamaşasını 4-5-6 noyabr tarixlərində axşam və gündüz saatlarında olmaqla üç gün ardıcıl nümayiş etdirib. Səhnə əsəri məktəblilər, tələbələr və digər yaş qruplarından olan tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az