Azərbaycan Milli İnkişafı Naminə (AMİN) İctimai Birliyinin ikinci kitabı işıq üzü gördü.
“Hədiqət-ül-əhadis” adlı bu nəşr Mövlana Məhəmməd Füzulinin 530 illiyinə töhfə,
tarixən mövcud olub bu gün də möhkəmlənməkdə davam edən
Azərbaycan-Özbəkistanmədəni əlaqələrinə ərməğan və Əmir Əlişir Nəvayinin ustadı
Şeyx Əbdürrəhman Caminin 610 illiyinə yadigardır.
Tədqiqat əsərində Caminin farsca, Nəvayinin özbəkcə və Füzulinin azərbaycanca qələmə aldığı “Qırx hədis” mənzumələrinin müxtəlif əlyazma və qədim çaplar əsasında hazırlanmış ərəb qrafikası ilə elmi-tənqidi mətni, latın əlifbasında oxunuşu, tərcümə və sadələşdirilmiş nəsr formaları verilmişdir.
Kitabın tərtibçi və tərcüməçisi tədqiqatçı şair Əşrəf Fəxri, elmi rə’yçisi filologiya elmləri doktoru Ataəmi Mirzəyev, ön sözün müəllifi AYB-nin üzvü şair Azər Fəraqi, rəssamı Anar İsmayılov, dizayneri Hüseyn Şərifzadədir.