sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

ANAR MƏCİDZADƏ -ŞEİRLƏR

30/11/2018 - 18:34
A A
Facebookda paylaş

Sevgi – alın yazısı

Hər ürəkdə məhəbbət,

Təmiz sevgi var olmaz.

Hər sevdiyin gözəl qız,

Bil ki sənə yar olmaz.

Tanrı yazan taleyin,

Bir alın yazısı var.

Məhəbbətin xoş üzü,

Həm də bir acısı var.

Gah güldürər səni eşq,

Gah da sənə qəm verər.

Görmədiyin bir qızı,

O sənə həmdəm verər.

Bax belədir bu sevgi,

Onun hər üzü vardır.

Eşqinə qovuşanlar,

Demək ki bəxtiyardır.

Bir eşqi unudarsan,

Təzə sevgilər gələr.

Göy üzü də başına,

Çiçək-çiçək nur ələr.

Hər insana sevdiyi,

Qismət ola, yar ola.

Arzum budur sevənlər,

Hər an bəxtiyar ola.

 

Ayrılıq nədir

Bilmirsən günlərin necə olacaq,

Mənsiz gündüzlərin gecə olacaq.

O al yanaqların gül tək solacaq,

Onda biləcəksən ayrılıq nədir.

Ürəyin qış olar, hicransa qəfəs,

Məni düşünərsən aldıqca nəfəs.

Məni görməyinə görsətsən həvəs,

Onda biləcəksən ayrılıq nədir.

Bilirəm qəlbinlə baş-başa təksən,

Mən çəkdiklərimi bir sən də çəksən.

Baxıb yollarıma göz yaşı töksən,

Onda biləcəksən ayrılıq nədir.

O ötən günlərin nağıl olacaq,

Gələn günlərin də ağır olacaq.

Həyatda tək sənə təklik qalacaq,

Onda biləcəksən ayrılıq nədir.

 

Solmayan tər gülüm

Sən gündüzüm, günümsən,

Gözəllərin göyçəyi.

Solmayan tər gülümsən,

Sən ömrümün çiçəyi.

Ürək səni istəyir,

Qəlbim tək səni deyir.

Adına yazdım şeir,

Sən şairin ürəyi.

Sən bir xanım, mən bəyəm,

Sanma qəlbinə dəyəm.

Hər zaman sevəcəyəm,

Ay ömrümün bəzəyi.

Nə qədər sağam hələm,

Səni vəsf edər qələm.

Bunu ürəkdən deyəm;

Sən Anarın ürəyi,

Bu aşiqin gərəyi.

 

Payızda o qızı düşünərkən

Gəlibdir yurduma duyğulu payız,

Əlimdə qələmdir, qarşımda kağız.

Fikrimdə yenə də o sevdálı qız,

Onu düşünürəm mən səhər-axşam.

Yurdumun gözəli, elimin qızı,

Dağların maralı, göyün ulduzu.

A zalım, olmadın nə etsəm razı;

Mən oldum yoluñda bir əriyən şam.

Hicrinlə ağlayıb, eşqinlə güldüm,

Könlümü səñinçün yarıya böldüm.

Sevgilim, dünən bir şad yuxu gördüm,

Gördüm öz eşqimə mən qovuşmuşam 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az