sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Anar Məcidzadə – Xoşbəxt ol dünyada

04/07/2019 - 18:50
A A
Facebookda paylaş

Xoşbəxt ol dünyada

Taleyin zülfün tək olmasına qara,

Bəxtinin yolları düşməsin dara.

Dünyada hər zaman səadət ara,

Xoşbəxt ol dünyada sən ömür boyu.

 

Qismətin olmasın bir ağrı, acı,

Məhəbbət, eşq olsun başının tacı.

Kiminə yar olub, kiminə bacı;

Xoşbəxt ol dünyada sən ömür boyu.

 

Sənə toxunmasın fələyin daşı,

Bir kimsə görməsin gözündə yaşı.

Olmasın ömrünün boranı, qışı,

Xoşbəxt ol dünyada sən ömür boyu.

 

Nə kədərin olsun, nə qəmin olsun,

Nə qüssə içində bir dəmin olsun.

Nə qədər sevgi var qoy sənin olsun,

Xoşbəxt ol dünyada sən ömür boyu.

***

Hər açılan sabah sevgi deməkdir

Vəsf elə sən şair, qaşı, kamanı,
Könül vermək, könül almaq zamanı.
Aşiqlərin çoxdur bilki gümanı;
Hər açılan sabah sevgi deməkdir.

Sevib, sevilməklə ömür azalmaz,
Eşq olmasa nə bahar, nə yaz olmaz.
Bu dünyanın sevgi payı az olmaz;
Hər açılan sabah sevgi deməkdir.

Nə yaxşı ki Tanrım eşqi yaratdı,
Eşq özü də ömür, gündü, həyatdı.
Bir səhər səni də sevgi oyatdı;
Hər açılan sabah sevgi deməkdir.

***

Yoxdur

Ayrılıq əlindən mən dərdə düşdüm,
Sən getdin, dünyada gözüm də yoxdur.
Tükənib ilhamım, yazmır qələmim,
Yazmağa sevgilim, sözüm də yoxdur.

Nə bilim, sevincin sonu göz yaşı,
Ağırdır hicranın, həsrtətin daşı.
Olmadıq həyatda ömür yoldaşı,
Üzünə baxmağa üzüm də yoxdur.

Neyləyək, bu həyat ayırdı bizi,
Taleyə buraxdıq bir-birimizi.
Dənizlər yuyubdur o izimizi,
Sevgi yollarında izim də yoxdur.

Mənim ömür boyu həqiqətimsən,
Sevgimsən, eşqimsən, səadətimsən.
Yolumuz ayırlıb, sən ki getmisən,
Bu şair Anar da dözüm də yoxdur.

***

Doğma kəndim

Göyçay çayı sahilində,
Adı hər kəsin dilində,
Bir qədim Şirvan elində,
Məskən salıb doğma kəndim.

Aləmdə məşhurdu gölü,
Burda dirilər lap ölü.
Açıbdır çiçəyi, gülü;
Al-əlvandır doğma kəndim.

Hər bir yanı yaşıl çəmən,
Göy otlaqlar, həm yasəmən.
Doğulmuşam qoynunda mən,
Mənim ana, doğma kəndim.

Qoynunda xoşdur qış, bahar,
Bulaqları daim axar.
Anar sənə nəğmə qoşar,
Mənə əziz, doğma kəndim.

ANAR MƏCİDZADƏ

 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az