Qloballaşma” adlanan ümumdüya hərəkatı, heç şübhəsiz ki, sənət sferasını da əhatə etməkdə. Bu terminin elmi ədəbiyyatlara daxil olması, öz semantik mənasını dəqiqləşdirməsi (bu, ötən əsrin 80-ci illərinə təsadüf edir) ənənəvi “sivilazisiya= mədəniyyət” yanaşmasına yenidən nəzər salmaq ehtiyacı yaratdı: svilizasi ümumplanet prosesidirsə, mədəniyyət hər xalq (cəmiyyət) üçün ayrıca məsələdir. Ola bilsin, məhz buna görə də bəzən qloballaşmanın milli mədəniyyətləri məvh edəcəyindən ehtiyat edirlər. Bəs, əslində, vəziyyət necədir?
Məncə, məsələyə daha optimistcəsinə yanaşmaq da olar: qloballaşma milli mədəniyyətlərə ümumdünya dəyərinə çevirilmə şansı yaradır. Hər milli mədəniyyət öz dəyərini dünyaya təqdim edir, dünya ordan özünə lazım olanları seçir və beləliklə, həmin dəyər lokal xarakter daşımaqdan və nə zamansa, – bu qaçılmazdır! – izsiz-tozsuz yox olma kimi pessimist aqibətdən xilas olur. Bunun nəyi pisdir ki?!
Əvvəlində “milli” sifəti olan bütün anlayışların süqutu labüddür.
Bu mənada, indi milli sənət – “milli ədəbiyyat”, “milli teatr”, “milli kino”, “milli rəssamlıq” anlayışları yeni məna qazanmaqda.
Dünya mədəniyyətindən, orda baş verən, nə zamansa baş vermiş hadisələrdən bixəbər ola-ola hanısa ciddi sənət nümunəsinin yaranması ağılabatan deyil. Bu şərtlər altında yaranan bütün sənət nümunələri məhəlli xarakter daşıyacaq və dünya mədəniyyətinin bir hissinə çevirilirə bilməyəcək. Bu, dəqiqdi.
Avanqart sənət cərəyanları haqqında silsilə yazılar təqdim etməyimiz də bircə məqsədə xidmət edir: milli mədəniyyətimizim ümumbəşəri mədəniyyətin bir hissəsinə çevirilməsi prosesini bir az sürətləndirmək.
Bu gün dünya sənət aləmində baş verən hadisələri daha yaxşı başa düşmək üçün keçmişdəki hadisələri – tendensiyaları, cərəyanları, hərəkatları bilmək çox vacibdir.
“Yoxsul sənət”
“Art povera” ötən əsrin 60-cı illərində İtaliyada meydana gəlmiş, öz ətrafınadaRoma, Turin, Milan və Genuya rəssamlarını birləşdirən sənət cərəyanıdır. Termin italiyan dilindən tərcümədə “yoxsul sənət” mənasını verir. “Art povera” terminindən ilk dəfə 1967-ci ildə italyan sənətşünas Cermano Çelant istifadə etmişdir. Çelant art povera cərəyanı haqqında bir-neçə nəzəri kitabın müəllifidir. Ümumiyyətlə, Art poveranın bir sənət cərəyanı kimi formalaşması, əsas əlamətlərini müəyyən edilməsi birbaşa Çelatın adı ilə bağlıdır.
60-cı illər
Cəmiyyətdə baş verən hadisələr istər-isitəməz həmin dövrün sənət nümunələrində öz əksini tapır. İstənilən tarixi dövrü həmin dövrdə yazılmış bədii nümunələri oxumdan yaxşı başa düşmək mümkün deyil. Məhz buna görə də hansısa sənət cərayanından danışarkən həmin cərəyanın formalaşdığı tarixi dövrü, cəmiyyətdə baş verənmiş hadisələri araşdırmaq lazım gəlir. Bu məqaləni hazırlayərkən 60-cı illər İtalyası haqqında bir neçə mənbəyə baxmalı oldum.
60-cı illər, ümumiyyətlə, dünya, xüsusən də, Avropa tarixində xüsusi dövrdür. Bu dövr, əsasən, kütləvi tələbə hərəkatları ilə xaralterizə edilir. (Əsasən, sol təmayüllü təşkilatların yaranması, güclənməsi və kütləvi etiraz aksiyaları) Mövzumuza birbaşa daxli olmadığından bu hərəkatların üzərində dayanmayacağıq.
Məhz 60-cı illərdə İtaliya sənaye ölkəsinə çevirilir. İqtisadiyyatda aqrar təsərrüfat öz yerini sənayeyə güzəştə gedir. “Fabrik işçiləri” adlanan yeni təbəqə formalaşır.
Vacib bir məsələni də qeyd etməliyik ki, Art povera hərəkatının nümayəndələri bu “fabrik işçiləri” adlanan təbəqənin hüquqları uğurunda çıxışlar etməyə meyilli idilər, məhz buna görə də, Art poveranı solçu hətəkat kimi xarakterizə etmək olar. Bundan əlavə, Art poveraçılar sənətin ticarət obyektinə çevirilməsinə qəti şəkildə etiraz edirdilər, bu da onların anti-kapitalis düşüncədə olduqlarını söyləməyə əsas verir. Bütün bu əlamətlərə görə, Art povera adicə sənət cərəyanı və hərəkatı olmaqdan çıxaraq siyasi xarakter alır.
Televiziya və video kamera digər sənət sahələrini sıxışdırmağa, sənət anlayışı yeni məna qazanmağa başlayır.
“Soyuq müharibə”nin sona çatması Amerika mədəniyyətinin daha sürətlə yayılmasına şərait yaradır. Amerikan həyata tərzi yavaş-yavaş populyarlaşır.
“Pop art” (ing. “popular art” – “populyar sənət”) adlanan sənət hərəkatı meydana gəlir. Ola bilsin, Pop art haqqında növbəti yazıların birində geniş söhbət açdıq, hələlik isə qısaca onu demək olar ki, bu sənət cərəyanı 50-ci illərdə ABŞ və İngiltərədə abstrakt ekspersionizmə reaksiya kimi ortaya çıxmışdı. Pop artçılar əsas obyekt kimi gündəlik təlabat mallarından istifadə edirdilər.
Yuxarıda sadalağımız bütün bu hadisələr Art poveranın meydana gəlməsini şərtləndirən əsas amillər idi.
Zibildən sənətə
Art povera sənaye və təbiət arasında dialoq kimi çıxış edirdi. Onlar öz əsərlərini yaradarkən istehsalat materiallarından istifadə edirdilər. Bu isə öz növbəsinə sənətdə çərçivələri, qısıtlamaları dağıtmağa, yaradıcı azadlığın sərhədlərini genişləndirməyə xidmət edirdi. Onlar, sanki, deyirdilər: “Sənət əsrini istinilən materialdan yaratmaq mümkündür, lap elə adicə tullantıdan, zibildən də yüksək sənət nümunəsi yaratmaq olar!”
Art poveraçılar özlərini, yuxarıda da qeyd etdiyimiz kimi, “siyasi rəssamlar” hesab edirdilər. Onlar sənətin ictimai təsirinə ürəkdən inanırdılar. Yeganə xilas yolu sənətdir!
Art povera rəssamların ilk sərgisi 1967-ci ildə Genuyada təşkil edilmişdi. Sərginin təşkilatçısı Cermano Çelant idi. Çelant ümid edirdi ki, ənənəvi materiallardandan imtina edib sənaye tullantılarından istifadə edilərək yaradılan əsərlər sənəti al-ver obyektinə çevriliməkdən xilas edəcək. O düşünürdü ki, bu cür əsərlər kolleksionerlərin marağını cəlb etməyəkəcək və sənət kapitalis münasibətddən qurtulacaq.
Art povera mövcud olduğu qısa zaman ərzində (1967-72) sənət dünyasında radikal diyişikliklərə səbəb oldu: “İstənilən zir-zibildən sənət əsəri yaratmaq mümkündür!”
Art povera minimalizmin formalaşmasında və inkişafında təkanverici qüvvə kimi çıxış etdi.
Arto povera cərəyanının nümayəndəsi Algiero Boetti özünü “Dünya xəritəsi” silsiləsi ilə məşhurdur. Müəllif bu əsərləri qısaca olaraq “Marra” adlandırmışdır.
Art povera Azərbaycanda
Maraqlıdır ki, artıq bir neçə ildir (2010-cu ildən ), Azərbaycanda “Tullantıdan sənətə!” devizi altında beynəlxalq sərgilər təşkil edilir. Sərgilərdə məişət tullantılarından hazırlanmış əl işləri nümayiş etdirilir.
Bu ev Gəncə şəhərində yerləşir. 1965-66-cı illərdə inşa edilib. Binanın inşası zamanı müxtəlif içki və dərman şüşələrində istifadə edilib. Fikrimcə, bu nümunəni də Art povera cərəyanına aid etmək olar.