sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Simsim+
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
No Result
Bütün nəticələr
sim-sim

Aydın Cavad – “Günəşin sahilinə qədərsən…” (Şeirlər)

Facebookda paylaş

MD (Maladaptive Daydreaming)

 

Kirpiklərin ağırlığı

süzülür yuxunun cizgilərindən

İstəklər

qanayır yarasız yerindən

 

İstiqamətsiz

 

Tapılmağa yönəlib

gələcəyə geri dönənlər

Açılmamış kitabların içində

qatlanmış vərəqlər

 

(“The secret life of . . .”)

 

Tornado 

Soyuq silahlara möhürlənən

isti barmaq izləri

şah damarı ilə bağlanar

yerdən göyə yıxılan qaranlıqlara.

 

Gözdən itən görüntülərin

nəfəsinə zəncir tıxayar xatırlatmalar.

 

Günəşin sahilinə qədərsən,

mənsə tornadosuna qarışmışam

günün ilk saatlarının.

 

Müddət

 

İtirir gücünü

hiss edilənlər

zəlzələnin birinci dalğasında.

 

Dəmir barmaqlıqlar

örtülür

çiyinlərin üzərinə

 

Yaxınlaşır

ağrıların təsiri

müddətin bitişinə və

qurtulmaq

üstələyir həbs edilməyi

ölümsüzlük dəhşətinə.

 

Hörümçək toru

 

Birdən-birə

həddən artıq can atmaq

təhlükəsiylə örtülər

xilas edilmək növbəsi.

 

Hər şey qaydasında ikən

 

Əlini uzadarsan

və o an öldürülər

heç vaxt mövcud olmayanlar

 

Şəffaf hörümçək toru üzərində

gəzər bütün insanlar

bilə-bilə yıxılacaqlarını

və ya yem olacaqlarını.

 

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

sim-sim

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam

Əlaqə

+994505147488
omar.mazanov@gmail.com

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Simsim+
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az