sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Azərbaycan Dillər Universitetində qanvermə aksiyası keçirilib

05/05/2021 - 18:50
A A
Facebookda paylaş

 

Mayın 5-də Azərbaycan Dillər Universitetində müəllim, tələbə və əməkdaşlar arasında sosial məsuliyyətin təbliği, talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanların müalicəsinə dəstək olmaq məqsədilə qanvermə aksiyası keçirilib.

Aksiya çərçivəsində donorlar əvvəlcə həkim nəzarətindən keçib, onların sağlamlıq durumu müəyyənləşdikdən sonra aksiyada iştirak etmələrinə icazə verilib. Donorlar  bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndiriblər və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.

Tələbələr arasında iraqlı tələbə Məhəmməd Hatif də qanvermə aksiyasında könüllü olaraq iştirak edib.

Bir nəfərin qanverməsinin üç həyat xilas edə biləcəyini nəzərə alan üzvlər bununla məhz ehtiyacı olanlara yeni ümid və həyat hədiyyə etmək istəyiblər.

Qeyd edək ki,  aksiya ADU-nun, “Gənc Beynəlxalq Hüquqşünaslar” İctimai Birliyi, “Universitet Təhsilli Qadınlar” İctimai Birliyinin birgə təşkilatçılığı və Mərkəzi Qan Bankının dəstəyi ilə həyata keçirilib.

 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az