sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Azərbaycan multikuturalizmi Almaniya mətbuatında müzakirə edilib

06/07/2020 - 15:10
A A
Facebookda paylaş

 

Almaniyanın nüfuzlu “Der Freitag” qəzetində və “News24” portalında Azərbaycan multikulturalizmi mövzusuna həsr edilən məqalələr dərc edilib.

Məqalələrdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov fikirlərinə geniş yer ayrılıb. Dərc edilən yazılarda dünyada örnək olaraq qəbul Azərbaycan multikulturalizm modelinə həsr olunmuş yazıda ölkəmizin etnik və konfessional baxımından rəngarəng olmasından və bu müxtəlifliyin qorunmasında dövlətin maraqlı olmasından söhbət açılır.

Multikulturalizmin dövlət siyasəti müstəvisinə qaldırmaq dövlətin özünün gələcək taleyi üçün həlledici olacağı məqalədə öz əksini tapıbdır. Bununla yanaşı, mədəniyyətlərarası və dinlərarası dialoqun regional və qlobal sülhün açarı olması, Azərbaycanın bu kimi platformalara böyük önəm verməsi də xüsusi ilə qeyd olunub.

Məqalədə, eyni zamanda, multikulturalizm siyasətinin gələcək perspektivləri və dialoqun vacibliyi xüsusi ilə vurğulanıbdır. Mərkəzin icraçı direktoru Rəvan Həsənovun bu fikirlərinə istinad, onun İngiltərənin “The Prisma” qəzetinə verdiyi müsahibəyə istinadən yazılmışdır.

Qeyd etmək istəyirik ki, “Der Freitag” qəzeti Berlində 1990-cı ildən çap olunur və mətbu orqan “The Guardian” qəzeti ilə sıx əməkdaşlıq edir. Azərbaycan multikulturalizm modelinə xarici ölkələrdə marağın böyük olması və bu modelin öyrənilməsi daim xarici ölkələrin KİV-ləri tərəfindən də diqqətdə saxlanılmaqdadır.

hhttps://nex24.news/2020/07/aserbaidschan-auf-dem-weg-zu-neuen-toleranzbereiten-generationen/ttps://nex24.news/2020/07/aserbaidschan-auf-dem-weg-zu-neuen-toleranzbereiten-generationen/

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az