sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Azərbaycan Yaradıcılıq Fondunda Əlirza Balayevlə görüş

13/05/2022 - 20:59
A A
Facebookda paylaş

12 may 2022-ci ildə Azərbaycan Yaradıcılıq Fondunda əməkdar jurnalist, Xəzər Universitetunun nəzdində nəşr olunan “Xəzər” jurnalının baş redaktoru Əlirza Balayevlə görüş keçirilib.

Görüşü giriş sözüylə AYF-nin Sədrinin birinci müavini, əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı açmış, Əlirza Balayevin həyat və yaradıcılığı barədə qısa məlumat vermişdir.

Sonra Əlirza Balayev gördüyü işlər haqqında, iş prosesində baş vermiş maraqlı və yumorlu əhvalatlar barəsində söhbət açmışdır.

Tədbirdə iştirak edən, Bakı Dövlət Universitetinin müəllimi, fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanov, Əlirza Balayevin mükəmməl yaradıcılıq fəaliyyətindən xoş xatirələrini tədbir iştirakçılarıyla bölüşüb.

Rejissor, əməkdar incəsənət xadimi Oktay Babazadə, Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova, Şuşa teatrının aktyoru, rejissor, şair, əməkdar artist Nazir Rüstəmov çıxış ediblər. Sonra Əlirza müəllim tədbir iştirakçılarının suallarına cavab verib.

Sonda Əlirza Balayev Azərbaycan Yaradıcılıq Fondunun rəhbərliyinə ona göstərilən diqqətə görə dərin minnətdarlığını bildirib.

 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az