sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Azərbaycanda incəsənət əsərlərinin növbəti auksionu keçiriləcək
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Xəbər > Azərbaycanda incəsənət əsərlərinin növbəti auksionu keçiriləcək

Azərbaycanda incəsənət əsərlərinin növbəti auksionu keçiriləcək

Published 31/07/2021
Paylaş

 

Azərbaycanda incəsənət əsərlərinin növbəti auksionu keçiriləcək<b style="color:red"></b>
Məd

 

 

 

 

Azərbaycan Dövlət Rəsm Qalereyası və “Auction Baku” MMC şirkətinin təşkilatçılığı ilə Azərbaycanda incəsənət əsərlərinin növbəti auksionunun keçirilməsi planlaşdırılır.

Dövlət Rəsm Qalereyasından 525.az-a bildirilib ki, növbəti auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətliliyini gücləndirmək, ölkənin iqtisadi inkişafında yaradıcı sənayesinin rolunu artırmaq məqsədilə həyata keçiriləcək. Xatırladaq ki, tədbir bütün dünyada geniş vüsət alan COVID-19 pandemiyasından sonra ölkəmizdə təşkil ediləcək ilk auksion olacaq.

“Auction Baku” MMC şirkəti Azərbaycan iqtisadiyyatında yaradıcı sənayenin rolu və gələcək inkişaf perspektivlərini nəzərə alaraq incəsənət əsərlərinin, əntiq əşyaların, qədimi mebellərin, musiqi alətlərinin, saatların, zərgərlik məmulatlarının, xalça və xalçaçılıq məmulatlarının, nadir şərabların ixtisaslaşdırılmış auksionunu keçirməkdə maraqlıdır.

Hərracda iştirak etmək istəyənlər şirkətin e-mail ünvanlarına (almaq üçün- [email protected] , satmaq üçün- [email protected] , əlaqə nömrəsi- 077 717 33 37) müraciət sorğusu göndərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat bitdikdən sonra əsərlərə komissiya tərəfindən baxılacaq və hərraca qəbul edilən işlər müəyyənləşəcəkdir.

Auksionun keçirilmə tarixi haqqında əlavə məlumatlar veriləcək.

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?