sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Azərbaycanda yeni “SƏHNƏ” teatrı yaradılıb

12/10/2021 - 12:43
A A
Facebookda paylaş

Azərbaycanın mədəniyyət sahəsində yeni teatr yaradılıb. “SƏHNƏ” adlı teatrın yaradıcısı “1 Səhnə” prodüser mərkəzinin direktoru, aktyor və prodüser Elçin Hacıdır. “1 Səhnə” prodüser mərkəzinin nəznində açılan “SƏHNƏ” teatrının fəaliyyətə başlaması barədə məlumat verən Elçin Hacı bütün mədəniyyət işçiləri və teatrsevərləri təbrik edib. Elçin Hacı vurğulayıb ki, “SƏHNƏ” teatrı digər teatrlarımız kimi mövsümün açılışına hazırlaşır.

“SƏHNƏ” teatrının bədii rəhbəri Xəqani Əliyev isə öz növbəsində nümayiş olunan tamaşaların insanlarda teatra marağı daha da artıracağına inandığını bildirib.

Teatrın ilk tamaşası Azərbaycan yazıçısı və dramaturqu Mirzə Fətəli Axundovun “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” əsərinin motivləri əsasında hazırlanan “Bir dəfə Qarabağda” etno muzikl janrında nümayiş olunacaq. Tamaşa 30-31  oktyabr saat 19:00-da Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində tamaşaçılara təqdim olunacaq. Biletləri iticket.az saytından əldə edə bilərsiniz.

Tamaşanın rejissoru Elvin Mirzəyev, bəstəkarı Azər Hacıəsgərli, şeirlərin müəllifi isə Eminquey Akifdir. Tamaşada rolları Elçin Hacı, Əhliman Ərşadlı, Ramil Məmmədov, Mətanət Eres, Abdulla Elşadlı, İranə Kərimova, Ülvi Haşim və Ruhiyyə Yəhyayeva canlandıracaq. Tamaşada  səsləndirilən musiqilər qədim milli musiqi alətlərindən ibarət olan “Əsrlərin sədası” ansamblına məxsusdur.  Ansamblın bədii rəhbəri Məmmədəli Məmmədovdur.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az