sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

“Azərbaycanın klassik 12 instrumental muğamı” kitabının təqdimatı keçirilib

28/01/2021 - 14:53
A A
Facebookda paylaş

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyası tərəfindən onlayn qaydada Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayevin “Azərbaycanın klassik 12 instrumental muğamı” adlı kitabının təqdimatına həsr olunmuş elmi konfrans keçirilib.

BMA-dan AZƏRTAC-a bildirilib ki, konfransda akademiyanın elm və innovasiyalar üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə müəllifin nota aldığı bu muğamların müəllim və tələbələrin, geniş musiqi ictimaiyyətinin, bəstəkar və musiqişünaslıq ixtisasları üzrə təhsil alan tələbələrin istifadə edə biləcəyi çox lazımlı tədris vəsaiti olduğunu bildirib.

 

 

Konfransda “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanalogiya və akustika” elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə “Arif Əsədullayevin elmi fəaliyyətinə bir nəzər” adlı məruzə ilə çıxış edib.

Bildirilib ki, 20 ildən artıqdır, çox önəmli bir işlə – Azərbaycan instrumental muğamlarını nota salmaqla məşğul olan Arif Əsədullayevin bu aspektdə 5 məcmuəsi işıq üzü görüb. Bu məcmuələr həm tədris repertuarı kimi, həm də solist-ifaçılar üçün qiymətli vasitələrdir. Arif Əsədullayev görkəmli muğam bilicisi kimi Azərbaycanın klassik 7 instrumental muğamını – “Çahargah”, “Humayun”, “Rast”, “Bayatı-Şiraz”, “Zabul segah”, “Şur” və “Şüştər” muğamlarını ilk dəfə olaraq ayrı-ayrılıqda nota yazıb, daha sonra isə qalan muğamları – “Mahur hindi”, “Orta Mahur”, “Bayatı Qacar”, “Bayatı-Kürd”, “Vilayəti-Dilkəş”, “Şahnaz”, “Qatar”, “Rahab”, “Dügah”, “Dəşti”, “Şüştər”, “Xaric segah” instrumental muğamlarını Azərbaycanın klassik 12 instrumental muğamı” məcmuəsi şəklində geniş musiqi ictimaiyyətinə təqdim edərək, muğam sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə olduğu kimi dəyişikliklərə məruz qalmadan catdırılmasında əvəzsiz elmi mənbədir.

Daha sonra elmi tədqiqat laboratoriyasının əməkdaşları konfransın proqramı üzrə elmi məruzələrlə çıxış ediblər.

Sonra sənətşünaslıq namizədi, dosent Dilbər Məmmədova dahi Üzeyir Hacıbəylinin “Xalq musiqisinin əsasları” kitabından, muğamların səs düzümündən və Arif müəllimin nota aldığı instrumental muğamların temperasiyalarından söhbət açıb. Xalq artisti, professor Eldar İsgəndərov Arif Əsədullayevlə birlikdə yazdıqları “7 klassik Azərbaycan muğamı” solo violonçel üçün işlənmiş dərs vəsaiti haqqında öz fikirlərini bildirib.

Arif Əsədullayevin həyat yoldaşı Azərbaycanın Xalq artisti, professor Şəfiqə Eyvazova onun haqqında xatirələrini bölüşərək, konfransın təşkilində əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az