sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Azərbaycanlı şairlər “poetik-təqvim”də

02/04/2021 - 11:58
A A
Facebookda paylaş

Gürcüstanda “Salam” gənclər platforması tərəfindən 12 azərbaycanlı şairin hər birindən bir şeirin gürcücə tərcüməsi əsasında stolüstü təqvim dərc edilib.

Şeirləri filoloq, tanınmış tərcüməçi Oqtay Kazımov tərcümə edib, təqvimin ideya müəllifi də odur. Müəyyən mənada antoloji səciyyə daşıyan təqvim orta əsrlərdən tutmuş bu günümüz hesaba alınmaqla 12 ay-12 şeir nümunəsiylə təqdim olunur.

Poetik təqvimdə İzəddin Həsənoğlu – “Ayırdı könlümü”, Qazi Burhanəddin – “Gəl, gəl ki könlümdə qalmadı qərar”, Nəsimi – “Şəha könlümdə”, Kişvəri – “Payibəndəm bir gözü heyranə”, Füzuli – “Məni candan usandırdı”, Əliağa Vahid – “Sən zülfünü aç tök üzünə”, Mikayıl Müşfiq – “Oxu”, Nəbi Xəzri – “Bir qadının ikili duyğusu”, İmir Məmmədli – “Sum qayıt”, Səlim Babullaoğlu – “Külək”, Qismət Rüstəmov – “Biri də var”, Fərid Hüseyn – “Fəridin halları”.

Oqtay Kazımovun eksklüziv açıqlamasında bildirilir ki, təqvim gürcüdilli oxucularda azərbaycandilli ədəbiyyatın poetik keçmişi və bu günü ilə bağlı təsəvvür yaratmaq məqsədi güdür.

Müasir oxucuya şeirləri təqvim şəklində təklif etmək praktiki cəhətdən çox yaxşı vasitədir, bununla yanaşı o hədiyyə kimi nəzərdə tutularaq müxtəlif QHT-lərə, hökumət dairələrinə, media qurumlarına göndəriləcəkdir.

Təqvim “Salam” platformasının üzvü Aris Əsgərov tərəfindən dizayn edilmişdir.

Təqvimin çapı “East-West Menegment” təşkilatı tərəfindən maliyyələşdirilmişdir.

 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az