sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Azərbaycanlı yazıçının kitabı türkçə nəşr olundu
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Köşə > Azərbaycanlı yazıçının kitabı türkçə nəşr olundu

Azərbaycanlı yazıçının kitabı türkçə nəşr olundu

Published 02/04/2022
Paylaş

Azərbaycanlı yazıçı Nemət Mətinin 2020-ci ildə işıq üzü görən “Son Uçuş” hekayə kitabı Türkiyədə oxuculara təqdim olunacaq. 

Sim-sim.az xəbər verr k, “Artshop Publications” nəşriyyatında çap olunacaq kitabı jurnalist, şair-yazıçı İbrahim Tığ və Bülent Ecevit Universitetinin (BEÜ) doktoru Rövşən Məmmədov türk dilinə çeviriblər.

1990-cı ildə Bakının Yeni Suraxanı qəsəbəsində anadan olan Nemət Mətin gənc nəsil Azərbaycan ədəbiyyatının nüfuzlu yazıçılarındandır. O, əsərlərində Azərbaycan ədəbi dilindən səriştəli, aydın ifadəli, yüksək bədii qüdrətə malik nağılçı profilini çəkir. Demək olar ki, Mətinin həyata baxışı, covid, müharibə, həyat şəraiti, yaşadığı mühit, təbii ki, hekayələrində də bədbinlik yaradır. Bu da onun öz mühitini yaxşı izlədiyinin, əsərlərinin nə qədər realist olduğunun sübutudur.

Ön sözünü İbrahim Tığın yazdığı və “Son Uçuş” adı ilə nəşr olunan 80 səhifəlik kitabda 17 hekayə yer alıb.

“Azərbaycandan olan qardaşımız Nemət Mətinin bu gözəl əsərini BEÜ Doktoru Rövşən Məmmədovla türkcəyə çevirərək türk oxucularına təqdim etməkdən xoşbəxtik. Ümid edirik ki, kitabdakı hekayələrdən zövq alacaqsınız”, – deyə İbrahim Tığ bildirib.

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?