sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Bəstəkarlar İttifaqı Nizami Gəncəvinin 880 illiyi münasibətilə müsabiqə elan edib

12/02/2021 - 11:01
A A
Facebookda paylaş

Azərbaycan Bəstəkarlar İttifaqı “Nizami Gəncəvi İli”nə həsr olunmuş qəzəl-romans müsabiqəsi elan edib.

Müsabiqənin keçirilməsində əsas məqsəd görkəmli bəstəkar, musiqişünas-alim, Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” əsərləri ilə təməlini qoyduğu qəzəl-romans janrının ənənələrinin davam və inkişaf etdirilməsi, Nizami Gəncəvinin zəngin yaradıcılığının müasir dövrdə vokal əsərlərdə musiqi və mətnlərin vəhdəti ilə ədəbi-bədii meyarlara cavab verən yeni qəzəl-romansların aşkar edilməsidir.

Müsabiqəyə heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni qəzəl-romanslar təqdim edilməlidir. Təqdim ediləcək əsərlər vokal ilə müxtəlif tərkibli instrumental ansambllar (2-3 alət) üçün nəzərdə tutularaq, 7-10 dəqiqəlik vaxt həcmində olmalıdır.

Müsabiqə iştirakçıları əsərin klavirini PDF formatında (və ya partiturasını) və yüksək formatda yazılmış CD audio versiyasını, romansın mətnini və müəllif haqqında məlumatları (ad, soyad, təhsil, ünvan, telefon) Azərbaycan Bəstəkarlar İttifaqının music0306@mail.ru və azcomposersunion@gmail.com elektron ünvanına təqdim еtməlidirlər. Əsərlər səs və fortepiano ifasında və ya səsyazma şəklində təqdim olunmalıdır. Müsabiqədə peşəkar bəstəkarlar iştirak edə bilərlər.

Müsabiqənin qalibləri 18 sentyabr – Milli Musiqi Günündə elan ediləcək.

Müsabiqənin qalibləri üçün aşağıdakı mükafatlar nəzərdə tutulur:

I yer – 1000 manat

II yer – 700 manat

III yer – 500 manat

Fəxri diplom – 300 manat

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az