sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində görüş keçirilib

24/10/2019 - 09:01
A A
Facebookda paylaş

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Malayziya Milli İnformasiya

Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin redaktoru R. Ravixandran ilə

görüş keçirilib

Oktyabrın 22-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı

directoru Rəvan Həsənov Malayziya Milli İnformasiya Agentliyinin

beynəlxalq əlaqələr şöbəsinin redaktoru R. Ravixandran ilə görüşüb.

Görüşdə Rəvan Həsənov Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılan

BBMM-in fəaliyyətindən söz açaraq ötən 5 il müddət ərzində qurumun

ölkəmizdə yaşayan etnik və dini icmalar arasında əlaqələrin yaradılıb

möhkəmləndirilməsi, Azərbaycan multikulturalizminin öyrənilməsi və təbliği

istiqamətində çoxsaylı regional və beynəlxalq tədbirlər barədə məlumat

verib. Bildirlib ki, BBMM-in həyata keçirdiyi layihələr sırasında beynəlxalq

multikulturalizm yay və qış məktəblərinin təşkili, “Azərbaycanın Gənc

Dostları” Beynəlxalq Klubunun təsis olunması, ölkənin 38, dünyanın 21

nüfuzlu universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi,

multikulturalizmlə bağlı kitabların hazırlanması və nəşri xüsusi qeyd

edilməlidir.

Malayziya Milli İnformasiya Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin

redaktoru R. Ravixandran öz növbəsində multilulturalizm və tolerantlıq

ənənələri deyiləndə insanları fərqləndirən nüansların deyil, onları

yaxınlaşdıran, birləşdirən amillərin vacib olduğunu və dünyada

ekstremizmin, zorakılığın yayıldığı bir zamanda multikulturalizmin

Azərbaycanda həyat tərzi kimi qəbul edilməsinin təqdirəlayiq olduğunu

vurğulayıb və Mərkəzin fəaliyyəti barədə geniş müsahibə hazırlamaq

istəyini dilə gətirib, Azərbaycanda olan multikultural durumun başqa

ölkələrdə də yayılmasının vacibliyini önə çəkib.

Sonda qonağa Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hədiyyələri

təqdim olunub.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az