sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Bakıda Milli Kitab Sərgisinin açılışı olacaq

13/12/2021 - 12:29
A A
Facebookda paylaş

Dekabrın 15-i saat 15-də Bakı İdman Sarayının (Əl Oyunları Sarayı) əsas zalında II Milli Kitab Sərgisinin təntənəli açılış mərasimi olacaq.

Sim-sim.az-ın verdiyi xəbərə görə, “İlin Son Kitab Sərgisi” adlanan tədbirin açılış mərasimində tanınmış ədəbiyyat və mədəniyyət adamları, ictimai xadimlər, ziyalılar, naşirlər və media nümayəndələri iştirak edəcək. Müstəqil nəşriyyatların və kitab mağazalarının qatılacağı sərgi-yarmarka bir həftə davam edəcək.

Tədbirdə təqdimat mərasimləri, müxtəlif mövzulara həsr olunmuş panellər, film təqdimatları, şeir və musiqi gecələri, yazar, aktyor, müğənni, rep və stendapçılarla görüşlər, oxu saatı, motivasiya çıxışları təşkil olunacaq, uşaqlar üçün Şaxta Baba və Qar qızın iştirakı ilə xüsusi əyləncəli proqramlar hazırlanacaq. Milli Kitab Sərgisinin təşkilatçıları Qanun Nəşrlər Evi, “Əli və Nino” mağazalar şəbəkəsi, Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyi yanında İctimai Şuradır.

Xatırladaq ki, I Milli Kitab Sərgisi bu ilin 1-10 oktyabr tarixlərində eyni ünvanda keçirilmiş, paytaxt sakinləri və şəhərimizin qonaqlarının böyük marağına səbəb olmuşdu.

Budəfəki sərginin daha təntənəli keçəcəyi gözlənilir.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az