sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Bolqarıstan Milli Teatrı ilə əməkdaşlıq memorandumu imzalanıb
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > kino & teatr > Bolqarıstan Milli Teatrı ilə əməkdaşlıq memorandumu imzalanıb

Bolqarıstan Milli Teatrı ilə əməkdaşlıq memorandumu imzalanıb

Published 07/11/2018
Paylaş

Azərbaycan Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Bolqarıstan Milli Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 6-da Bolqarıstan Milli Teatrının baş direktoru Marius Donkin Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovla görüşüb. Marius Donkin teatrın yaradıcı həyatı, truppa üzvləri, muzeylə tanış olub, ona yeni yaradılan Abbas Mirzə Şərifzadə, Mehdi Məmmədov, Tofiq Kazımov və Adil İsgəndərov səhnələri haqqında məlumat verilib. Azər Paşa Nemətov və Marius Donkin memorandumun qarşılıqlı əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Qeyd olunub ki, əməkdaşlıq memorandumu Bolqarıstan və Azərbaycanın milli teatrları arasında real, məhsuldar və konkret əməkdaşlığın inkişaf etdirilməsi, yaradıcı və fərdi səviyyələrdə qarşılıqlı tanışlıq və fəaliyyəti, teatrlarda yeni incəsənət platformaları, ideya və formaların yaradılması və onların müzakirəsinin təşkil edilməsi vəzifəsini qarşıya qoyulub.

Memorandum eyni zamanda klassik və müasir dram əsərlərinin paylaşılması, səhnədə fəaliyyət göstərən yaradıcı komandaların, fərdi teatr peşələri nümayəndələrinin – direktorların, aktyor, səhnə və geyim dizaynerlərinin, insan resursları mütəxəssislərinin və s. səmərəli qarşılıqlı fəaliyyət göstərə bilməsi üçün yeni yolların və formaların axtarılıb-tapılması, yalnız yaradıcılıq sferasında deyil, real teatr məhsulunun, marketinq tədqiqatlarının, ümumi insan resursları strategiyalarının, birgə layihələrin, festival və teatra dair seminarların təbliği sahəsində də ikitərəfli işçi qruplarının yaradılması, Bolqarıstan və Azərbaycan arasında mədəni əlaqələrin inkişafına dəstək olmaq məqsədi daşıyır.

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?