sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Buker mükafatının qısa siyahısı açıqlanıb

16/09/2021 - 09:37
A A
Facebookda paylaş
  1. Anuk Arudpraqasam – “Şimal keçidi” – Müəllif Şri-Lankalıdır, ikinci romanıdır. Əsər ölkədəki vətəndaş müharibəsinin fonunda bir sevgi münasibətindən bəhs edir.
  2. Damon Qalqut – “Vəd” – Cənubi Afrikalı yazıçının doqquzuncu romanıdır. Roman aparteid dövrü və sonrakı on illiklər boyunca bəyaz bir ailənin əhvalatıdır.
  3. Patrisiya Lukvud – “Heç kim bu haqda danışmır” – Amerikalı şair və memauristin ilk romanıdır. Roman sosial şəbəkədə məşhurlaşan bir qadından bəhs edir.
  4. Nadifə Məhəmməd – “Bəxtəvər kişilər” – Müəllif Somalilenddə doğulub, Britaniyada böyüyüb. Romandakı hadisələr müharibədən sonrakı illərdə Kardiff körfəzindəki keçir; əsər səhvən cinayətdə təqsirli bilinən Mahmud Mattanın əhvalatıdır.
  5. Riçard Povers – “Çaşqınlıq” – ABŞ yazıçısı, Pulitser mükafatı laureatı. Roman dul astrobioloqun doqquz yaşlı oğluna kömək etmək, onu başqa planetlərə aparmaq üçün eksperimental müalicə üsullarına baş vurmasından bəhs edir.
  6. Meggi Şipsted – “Böyük dairə” – Amerikalı yazıçının üçüncü romanıdır. Əsər müharibədən sonrakı dövrdə cəsur bir qadın pilotdan və XXI əsrdə öz reputasiyasını xilas etmək üçün həmin qadınla bağlı film çəkmək istəyən Hollivud aktrisasının iç-içə hekayələridir.

Mükafatın qalibi noyabrın 3-də bilinəcək. Qalib 50 min funt sterlinq qazanacaq.

 

 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az