sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Simsim+
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
No Result
Bütün nəticələr
sim-sim

Buker mükafatının uzun siyahısı açıqlanıb

Facebookda paylaş

Dünyanın nüfuzlu ədəbi mükafatlarından olan Buker Ədəbiyyat Mükafatının uzun siyahısı hazırlanıb.

Buker Ədəbiyyat Mükafatının ikiqat qalibi Hilari Mentelin də iştirakı ilə Buker mükafatının siyahısı hazırlanıb.

Siyahıya Amerikalı müəlliflərdən Dayan Kuk, Evnil Doşi, Kayli Rid, Brendon Teylor, Enni Tayler, Si Poem Çjan, Kolum Makkenn, (İrlandiya və ABŞ), Maaza Menqiste (Efiopiya və ABŞ), Duqlas Styartın (Şotlandiya və ABŞ) adları daxil olunub. Mentel, Qabriel Krausz və Sofi Uord Böyük Britaniyanı, Çiçi Danqarambqa isə Zimbabveni təmsil edir.

Qeyd edək ki, 2019-cu ilə qədər Mentel dünyada iki dəfə Buker mükafatını qazanan yeganə yazıçı olub.

Seçilmiş on üç əsərin doqquzu qadın müəlliflərin əsərləridir. Siyahıya daxil olunan 8 əsər isə debüt əsərlərdir.

Siyahıda yer alan kitablar İngiltərə və İrlandiyada 2019-cu ilin oktyabrında nəşr olunan kitablardır.

On üç yazıçıdan altısının yer aldığı qısa siyahı isə sentyabrın 15-də açıqlanacaq və mükafatın qalibinə veriləcək 50 min funt sterlinq mükafat noyabr ayında elan ediləcək.  /kulis.az/

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

sim-sim

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam

Əlaqə

+994505147488
omar.mazanov@gmail.com

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Simsim+
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az