sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: “Çağdaş rus ədəbiyyatı” xüsusi buraxılışı nəşr edilib
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Proza > “Çağdaş rus ədəbiyyatı” xüsusi buraxılışı nəşr edilib

“Çağdaş rus ədəbiyyatı” xüsusi buraxılışı nəşr edilib

Published 01/02/2020
Paylaş

Rusiya Yazıçılar İttifaqı ilə Azərbaycan Yazıçılar Birliyi arasında əməkdaşlıq Müqaviləsi imzalanıb.

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu deyib ki, müqavilə Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla Rusiya Yazıçılar Birliyi idarə heyətinin sədri Nikolay İvanov arasında imzalanıb: “Rusiya tərəfi belə bir təkliflə mənə məktub ünvanlamışdı. Mən Anar müəllimə təklifi çatdırdım, bu perspektiv və təklif olunan müqavilənin şərtləri barədə müzakirələr apardıq, sonucda müqavilə imzalandı. 8 müddəalıq müqavilənin preambulasında deyilir: “Xalqlarımız arasındakı ənənəvi dostluq va tarixi müttəfiqlik münasibətlərini, eləcə də ölkələrimizin ədibləri arasındakı yaradıcı münasibətlərin inkişafını əldə rəhbər tutaraq Rusiya Yazıçılar Birliyi və Azərbaycan Yazıçılar Birliyi ədəbi-mədəni sahərə, mədəni-maarifçi humanitar sahələrdə hərtərəfli tərəfdaşlıq və praktiki əməkdaşlıq etmək barədə razılığa gəliblər…” Müqavilə qarşılıqlı ədəbi mübadiləni, ardıcıl tərcümə işini,yaradıcılıq emalatxanalarının, Bakıda və Moskvada olmaqla müxtəlif digər ortaq tədbirlərin keçirilməsini və b. məsələləri nəzərdə tutur. Biz artıq ilk addımı atdıq. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Ədəbiyyat qəzeti” ilə birgə layihəsi kimi qəzetdə “Çağdaş rus ədəbiyyatı” adlı xüsusi buraxılışı çap etdik. Rusiya tərəfinin təklif və təqdim etdiyi müəlliflər və mətnlərə əsasən, onların sayı ondur. N.İvanov, S.Qlovyuk, S.Makarova, V.Kiryuşin, Y.Kozlov, İ.Kovalyova, V.Latınin, A. Vitakov, A.Yexalov və A.Trapeznikovun mətnlərini. Tərcümələri Ə.Ol, M.Nur, C.Yusifli, Qismət, G.Şamilqızı, D.İbrahimova və N. Bağırzadə icra ediblər.
Yaxın zamanlarda Rusiyanın kifayət qədər tanınmış nəşrlərinin birində “Çağdaş Azərbaycan ədəbiyyatı” xüsusi buraxılışı işıq üzü görəcək. Həmin buraxılış üçün biz Anar, K.Abdulla, Ç. Abdullayev, Ə.Ol, N.Nəcəfoğlu, M.Nur və Ü.Tahirin nəsr əsərlərini, İ.Həbibbəyli, A.Turan və E.Akimovanın ədəbiyyatşünaslıq və tənqidi yazılarını, eləcə də F.Məmmədli, Q.Rüstəmov, F.Hüseyn, L.Əliyeva, A.Əlioğlu və S.Sahilin şeirlərini təqdim etmişik, 16 müəllifin əsərini. Nəyi seçəcəklər, necə seçəcəklər, bilmirəm, amma biz bu müəlliflərin əsərlərini təqdim etmişik. Ümid edirəm, yaxın zamanlarda nəşr olunar… Hesab edirəm ki, ruslarla əməkdaşlığımız qarşılıqlı faydalı olacaq. Və hələ başqa maraqlı layihələrlə də yadda qalacaq..
Ümumiyyətlə isə Rusiya çox böyük və dərin ədəbi ənənələri olan bir ölkədir, bu məlumdur. Bizdə, Azərbaycanda da rus ədəbiyyatına çox böyük maraq olub həmişə. İndi də var. Və təadüfi deyil ki, biz yenilənmiş “Dünya ədəbiyyatı” dərgisinin ilk saylarından birini məhz XX əsrin ikinci yarısı rus ədəbiyyatına həsr etmişdik. Doğrudur Rusiyanın ədəbi palitrası elə ölkənin ərazisinə adekvatdır, ordakı prosesləri izləmək, təsnifləşdirmək çox çətindir, amma hesab edirəm ki, məhz bu cür müqavilə, əməkdaşlıq sənədləri prosesi qismən də olsa nizama salar, aydınladar.”

 

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link
Leave a comment

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?