sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Cavid Fərzəli. “Ayrılığın əlindən ala bilmədim səni…”
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Köşə > Cavid Fərzəli. “Ayrılığın əlindən ala bilmədim səni…”

Cavid Fərzəli. “Ayrılığın əlindən ala bilmədim səni…”

Published 09/05/2022
Paylaş

Sim-sim.az Cavid Fərzəlinin şeirlərini təqim edir:

 

Cavid Fərzəli (1987-ci il, Salyan rayonu)

 

Ayrılıq saatı

 

Ayrılığım, saatın neçədi…

Əqrəblərin sevgi üstündə

duran vaxtımı…?

…səni vaxtsız gözləyimmi

Saatı çarəsizlər kimi?

…gözünün ucundan itimmi

çantanda axtardığın bəhanələr kimi?

 

Baxışların saniyələrdi,

Bir dəqiqəmə gözlərin tamammı…:

Dilindən, saatın

şirin vaxtın eşidəcəyəmmi?

 

Əqrəblər zamanın ayaqlarıdı…

…bir anın gəlişin gözləyimmi?

Qolundakı saat zamanın qandalıdı,

Bu ömrü dustaq yaşayımmı…?

 

***

 

Sənə doğru

ürəyimdə bütün güllə yerləri sağ qaldı,

ölmədim qumruların nəğməsində, çiçəklərin dilində…

 

Sevda susandan bəri

ürəyim daha çox arxanca atılır sənin

qanadlarına tərəf yüyürən uçrumda

havaya sarılan yarasa gözlü dumanda…

 

Sənəcən qollarımın üstündə yaxın durdum

qıvrım qaranlıqdan asılan pəncərəyə,

eynəkli masalara…

 

Ürəyim yenə eyni tərəfə axır

durğun dənizlərdə, lal səmalarda…

 

Heyf bilməmişəm,

çiçəklərin doğulduğu gün ölürmüş bahar…

Günəşin əynindəsə

əlləri üşüyürmüş qışın.

 

…Və birdə də bu payızda

bütün yollar ölü daşımaqdan yorulub artıq…

 

Bağışla, ayrılığın əlindən ala bilmədim səni…

Axı buludlar ölüm ayağında qalıb yağışların əlində…

Axı bütün sabahlar

aydınlıqdan qıraq qalıb gecələrin əlində…

 

***

 

Şəkilindən asılan

bir yarpaq ömrü can atır payıza,

bir pişik təkliyə sürüyür ömrünü,

bir ayrılıq can verir gözlərinin əlində…

 

Burda günəşin də üzü soyuqdu,

içində sən olan günün də!

Duyuram ki, uğrunda ölmək yox,

silahlı əllərə sahib olmaqdır səni sevmək.

 

Heyif, küçələrin xəyanətini

bağışlayan bir kişi yaşayır ömrünü sənin indi.

 

Bu şəkilin əlində

dili söz kəsmir ayrılığın,

ürəyi yanır yağışların.

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?