sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Cavid Ramazanovun romanı nəşr edilib

17/06/2022 - 15:28
A A
Facebookda paylaş

Yazıçı Cavid Ramazanovun ilk romanı və ikinci kitabı çapdan çıxıb.

“Amanabənd” romanı Azərbaycanda müstəqillikdən sonrakı dövrü əhatə edir.

Hadisələr əsas etibarilə Bakının mərkəzindəki “Sovetski” adlanan ərazidə baş verir. Qəhrəman “Sovetski”də doğulur, “Sovetski”də sevir və sonda yaşadığı məhəllənin sökülməsiylə oranı tərk etmək məcburiyyətində qalır. Romanın adı məkanın mahiyyətini və qəhrəmanların psixologiyasını ehtiva edir. Baş qəhrəmanın sevgisi amanabənddir, sevgilisiylə arasındakı bağ hər an qırıla bilər. “Sovetski” məkan olaraq amanabənddir, hər an sökülə bilər. Həmçinin digər qəhrəmanlar da amanabənd həyatlar yaşayırlar. Münasibətlərdə qopuqluq, insan və məkan arasında qopuqluq, indi və keçmiş arasında qopuqluq romanın ümumi konsepsiyasını təşkil edir.

250 səhifədən ibarət roman yaxın günlərdə satışda olacaq.

Qeyd edək ki, Cavid Ramazanovun bundan əvvəlki kitabı – “Yol” hekayələr toplusu 2018-ci ildə nəşr edilmişdi.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az