sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Cavid Zeynallı Kəramət Böyükçölün yeni romanını tənqid etdi
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Köşə > Cavid Zeynallı Kəramət Böyükçölün yeni romanını tənqid etdi

Cavid Zeynallı Kəramət Böyükçölün yeni romanını tənqid etdi

Published 22/09/2021
Paylaş
Yazıçı Cavid Zeynallı feysbuk hesabında Kəramət Böyükçölün yeni çapdan çıxmış “Əlqəmə” romanı haqda tənqidi fikirlər paylaşıb.
Sim-sim.az həmin mətni təqdim edir.

“Kəramət Böyükçölün “Əlqəmə” romanını oxudum. Onun bu kiçik mətnə “böyük hesabla” uduzmağı məni heyrətə gətirdi.

Deməli, son 5 ildə Kəramətin ictimai-siyasi obrazının, populyarlığının ulduzu nə qədər çox parlayıbsa, zövqü, ədəbi inkişafı, mətn yaratma bacarığı bir o qədər geridə qalıb.

Markes nə deyirdi? Deyirdi ki, yazıçının inqilabi borcu yaxşı yazmaqdır. Bu mənada Kəramət Böyükçöl ədəbiyyata borcunu ödəməlidir. Necə, onu özü yaxşı bilir. Daha çox oxumaq, yazmaq, daha çox ədəbiyyatla yaşamaqla.

Əgər “çırtma” janrında sosial-ictimai lağlağanın şinelindən yenə çıxa bilməyib layk zənginliyində xoşhal olacaqsa, onun həqiqi ədəbi istedadına ancaq ağrımalı olacağıq. Hə, bu romanın cümlələri arasından boylanan məhz budur: həqiqi istedad. O istedad ki, fraqmentaldır, pərakəndədir, epizodikdir, sayrışandır. Onları yığıb yerbəyer etmək üçün zəhmət, intizam və daha nələr lazımdır…

Paralel süjet, hansısa Qaraçöp kəndində əlyazma tapan Əlqəmənin izlənməsi, fahişə qadınla fəlsəfi-estetik söhbət, tanış qəhrəman cizgiləri, sonra süjeti idarə edə bilməmək, tələskənlik, kələfin ucunu itirmək…

Və bütün bunlar 150 səhifəlik mətndə baş verir. Nəfəsi çatmamaq… Bəlkə, budur məsələ?!

Əlbəttə, nəsr təcrübə və yaşantı faktıdır. Bu mənada bizim heç birimizi təcrübəsi və yaşantısı zəngin adam saymaq olmaz. Amma həyatın eskizini yaşamağın vaxtı da çoxdan keçib. İndi növbə həyatın özünü yaşamağa çatıb.

Ümid edək, Kəramət Böyükçölün infantil-eskiz nəsr təcrübəsi bununla bitəcək. Çünki bizim mühitdə onun kimi Azərbaycan dilində yaxşı yazmağı bacaran, şövqü və istedadı olan adamların sayı o qədər də çox deyil.

Deyə bildimmi?”

Bu mətn Cavid Zeynallının facebook səhifəsindən götürülüb
Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?