sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Cavid Zeynallı – Səpələnmiş ölümlər arasında
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > kino & teatr > Cavid Zeynallı – Səpələnmiş ölümlər arasında

Cavid Zeynallı – Səpələnmiş ölümlər arasında

Published 12/06/2021
Paylaş

Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filminə baxdım. Kütlə üçün deyil, festival filmidir, rejissor nə çəkdiyini özü yaxşı bilir. Budda əhvalatlarından təsirlənib, əsas istinad yeri Buddizmin həyat qaydalarıdır. Ağrı, iztirab, bədbəxtlikdən keçib həyatın əsas mənasına yetişmək. Buddizm məsələsi ilə bağlı rejissor özü də bunu demişdi. Yaxud, xatırlayıram ki, buna oxşar nələrsə demişdi.

Film xoşbəxt olmaq istəyib, bunu bacara bilməyənlərin taleyi üzərində qurulub. Olmalı olan, olacaq. Bir də Şərq qaramatı, Şərq insanının bədbəxtliyi, buxovlar, iradə azadlığının olmaması… Və əlbəttə, bu məqsədlidir. Kann və “Oskar” üçün hesablanıb. Düz edib, amma olmadı! Hər halda 77-ci Venesiya Film Festivalında nümayiş etdirilən, Qızıl Şir mükafatına namizəd olan ilk Azərbaycan filmi kimi tarixə düşdü. Tokyo Filmex festivalında “Ən yaxşı film” nominasiyasının qalibi oldu.

Film dərindirmi? Deyil! Niyə? Məncə, bunu belə cavablandıra bilərik: intellektuallıq və bütün dini mətnlərə, qədim əhvalatlara göndərmələr məqsəddir, vasitə yox. Qadının iradə azadlığı probleminə yanaşma da üzdəndir, heyrətləndirmir; “fantaziya diapazonu”nda xaric səslər var, əhvalat texnarlığının kasadlığı görünür.

Film danışır, göstərmir. Poetikdir. Adamları əzabdan xilas edən Davud filmi xilas edə bilmir.

Bəs ssenari? Epizodik əhvalatların yarımçıqlığı. Doktor kimdir, Davudu axtaran adamlar kimdir, niyə axtarırlar, bilinmir. Bəlkə mən pis tamaşaçı kimi mənalandıra bilmədim. Mümkündür!

Aktyorların təbii jestləri, hiss-hərəkətləri hadisənin başvermə dinamikası ilə üst-üstə düşmür. Bu, məqsədli deyil, sıravi adamları filmə çəkən rejissorun yüngül desək, acizliyidir. Yəni aktyorla işləyə bilməmək. Burda filmin ruhu ilə həmahənglik axtarmaq doğru olmaz.

Film uğursuzdurmu, deyil! Nə gözəl ki, müstəqil kinomuzun belə faktları yaranır. Baxırıq, düşünürük, ümidlənirik, böyüyürük, öyrənirik. Proses yaranır, çək-çevir, tənqid-tərif meydana çıxır.

Mədəniyyət faktı doğulur.

Gözəldir, deyilmi?!

Məncə, hə!

 

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?