sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Dillər Universitetinin Konfutsi İnstitutu elektron layihə hazırlayıb
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Xəbər > Dillər Universitetinin Konfutsi İnstitutu elektron layihə hazırlayıb

Dillər Universitetinin Konfutsi İnstitutu elektron layihə hazırlayıb

Published 22/04/2020
Paylaş

 

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Azərbaycan-Çin arasında diplomatik əlaqələrin qurulmasının 28-ci ildönümünə həsr olunmuş “Bir kəmər, bir yol”- Azərbaycan və Çin dostluq və əməkdaşlığının parlaq davamıdır” adlı elektron layihə hazırlayıb (https://adu.edu.az/az/xeberler/xeberler/208.html).

Layihənin informasiya bazasında Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan və Çin arasındakı çoxşaxəlli əməkdaşlıq və dostluq əlaqələrinin inkişaf istiqamətlərində fəaliyyətini əks etdirən elektron kitablar təqdim olunub. ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun qeyd etdiyi kimi, institutda Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər – bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması, eləcə də Ümummilli lider Heydər  Əliyevin siyasi irsinin öyrənilməsinə və Prezident İlham Əliyevin çoxtərəfli Azərbaycan-Çin əlaqələrinin inkişafı istiqamətində fəaliyyətinə həsr olunmuş elmi-tələbə seminarları keçirilir.

Rafiq Abbasov həmçinin qeyd edib ki, ADU-nun Konfutsi İnstitutunun tərəfdaşı olan Çinin Xuçjou Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı I Beynəlxalq elmi konfransın seksiya iclası  keçirilmişdir. R. Abbasov elektron məlumat bazasının istifadəçilər üçün olduqca böyük əhəmiyyət kəsb edəcəyinə, geniş istifadəçi kütləsinin Azərbaycan-Çin əlaqələrinin inkişafı istiqaməti ilə bağlı müxtəlif vəsaitlərlə yaxından tanış olmasına, bu resurslardan rahat istifadə etməsinə imkan yaradacağına əminliyini vurğulayıb.

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?