sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

“Dünya ədəbiyyatı inciləri” seriyasının nəşrinə başlanılır

24/02/2021 - 12:38
A A
Facebookda paylaş

Dövlət Tərcümə Mərkəzi ölkədə mütaliə zövqünün formalaşması, dünya ədəbiyyatının klassik və müasir nümunələrinin Azərbaycan oxucusuna mükəmməl tərcümədə çatdırılması məqsədilə 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasının nəşrinə başlayır.

Tərcümə Mərkəzindən verilən məlumata görə, Migel de Servantes, Akutaqava Rünoske, Fyodor Dostoyevski, Uilyam Folkner, Mixail Bulqakov, Alber Kamyu, Herman Hesse, Cerom Selincer, Qabriel Qarsia Markes kimi dünya ədəbiyyatı korifeylərinin əsərlərini təqdim edəcək nəşr silsiləsi Qərbi Avropa, ABŞ və Latın Amerikası ədəbiyyatının seçmə nümunələri ilə yanaşı, Şərqi Avropa, Asiya və postsovet ölkələrinin aparıcı ədəbiyyatlarını da əhatə edəcək.

Nəşr seriyasının ilk müjdəçisi – dünya şöhrətli Avstriya yazıçısı Frans Kafkanın orijinaldan tərcümə edilmiş roman, hekayə və gündəliklərinin toplandığı ikicildlik “Seçilmiş əsərləri” yaxın günlərdə oxucuların ixtiyarına veriləcək.

azertag.az

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az