sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

“Dünya ədəbiyyatı” jurnalının yeni nömrəsi çapdan çıxıb

26/01/2021 - 13:53
A A
Facebookda paylaş
Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” jurnalının növbəti nömrəsi çapdan çıxıb.
 AZƏRTAC xəbər verir ki, bu, jurnalın ötən il üçün 2-ci, ümumilikdə isə 17-ci nömrəsidir.
 Jurnalın 220 səhifəlik yeni nömrəsi bütünlüklə ədəbi söhbətlərdən ibarətdir. İlk mətn Səlim Babullaoğlunun tərcüməsində məşhur şairlər, Nobel mükafatçıları İosif Brodski ilə Derek Uolkottun təqdim olunan söhbətidir. “Miloş öz şübhələrini, içindəki tərəddüdləri söndürə bilmirdi…” başlığıyla Səlim Babullaoğlunun polyak yazar Aqneşka Koşinska ilə söhbəti verilib. Argentinalı yazıçı Silviya Zimmermann Del Kastillo ilə S.Babullaoğlu və Cavanşir Yusifli söhbətləşib. Tanınmış İran ədibi Mustafa Məstur ilə S.Babullaoğlu və Fərid Hüseynin söhbətinin ardınca S.Babullaoğlunun italiyalı şair Laura Qaravaqlia ilə söhbəti dərc olunub.
 Nobel mükafatçıları olan məşhur nasirlər Markes ilə Lyosanın “Latın Amerikasında roman” söhbəti Seyfəddin Hüseynlinin tərcüməsində verilib. Türkiyəli romançı və ədəbiyyatşünas İskəndər Pala və israilli yazıçı Etqar Keret ilə söhbətləri də S.Hüseynli çevirib.
 “Fantastik ədəbiyyat və elmi fantastika”, “Qum kitabı”, “Təqlidçilər ölkəsi”, “Liberalizm və nasionalizm”, “Stoisizm”, “Siyasət və mədəniyyət” kimi bölümlərdən ibarət olan “Borxes ilə söhbətlər”i Qismət Rüstəmov tərcümə edib. Onun çevirdiyi növbəti mətn isə müasir dünya ədəbiyyatının tanınmış nümayəndələri Xuan Qabriel Vaskes ilə Xavier Serkasın söhbətidir.
 F.Hüseynin türkiyəli şairlər Tuğrul Tanyol, Heydər Ergülən, Adnan Özər və Cenk Gündoğdu ilə, həmçinin tatarıstanlı yazıçı Danil Salihovla söhbətləri də dərginin bu nömrəsində mətnlər sırasındadır.
 Trumen Kapote, Qrem Qrin və Rebekka Vest ilə söhbətlər İlahə Əkbərin tərcümələridir.
 Xuan Qabriel Vaskes ilə Lyosanın söhbətini Günel Məmmədova, Donjelina Barrosonun Joze Saramaqo ilə söhbətini isə Nuranə Bəşirzadə çevirib.
 2020-ci ilin ədəbiyyat üzrə Nobel mükafatçısı Luiza Qlük ilə söhbət Elcan Salmanqızının tərcüməsində dərc olunub. Onun çevirdiyi digər mətnlər Con Eşberi, Henrix Böll, Qore Vidal və Amin Maaluf ilə söhbətlərdir.
 Xanım Aydının ukraynalı ədəbiyyatçılar Olena Matuşek və Natalya Yevstafyeva ilə söhbətləri də dərgidə yer alıb.
 Jurnalın “Söhbətlər” nömrəsinin üz qabığı çağdaş britaniyalı rəssam Conatan Uolstenholmun “Canlanmış kitablar” silsiləsindən olan rəsm əsəri əsasında tərtib edilib.
sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az