sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Düşüncəni köçürmək olarmı?

20/02/2019 - 04:51
A A
Facebookda paylaş

Nobel mükafatı laureatı Erik Kandelin fikrincə, insan zehnini anlamaqla bağlı əsrlər boyu davam edən macəramızdakı ən böyük qatqılar nə psixologiyadan, nə psixatriadan, nə də nevrologiyadan (yəni zehinlə bağlı hesab edilən disiplinlərdən) gəldi. Bu sahədəki ən böyük qatqılar EEG, PET, funksional MRİ kimi metodları bizim üçün əlçatan edən fiziklər sayəsində oldu. Yəni tibb uzun illər ərzində xəyal belə etmədiyi şəkildə, düşüncələrin, hərəkətlərin və davranışların beyin bölgələrinə əsasən olan aktivliyini müşahidə etmək qabiliyyəti qazandı.

Aparılan araşdırmalara görə, bu metodların qatqısıyla böyük bir sıçrayış, inkişaf başladı və inanılmaz yerlərə gedib çıxıldı. Məsələn, yapon əsilli ABŞ-lı nəzəriyyəçi fizik Miçio Kakunun fikrincə, “Matriks” filmlərindəki kimi xatirələrin, düşüncələrin, hətta bəzi fiziki və ya texniki imkanların beyinlərimizə yüklənə bilməsi çox da uzun olmayan müddətdə ehtimal oluna bilər.

Sietl şəhərindəki Vaşinqton Universitetində mövzuyla bağlı aparılan araşdırmalarda dəyərli nəticələr əldə edilib. Araşdırmada ilkin məqsədlər arasında beyin aktivliyinin pozulması ilə müşayət olunan şizofreniya, epilepsiya, depressiya, hətta iflic kimi beyin zədələnməsiylə yaranan xəstəliklərin müalicəsiylə bağlı ümid də var.

Fərqli və uzaq məkanlarda yerləşən, özəl bir sistemlə bir-birin arasında əlaqə qurulmuş şəxslərin üstündə testlər aparılıb. Birinci qrupa bir obyekt göstərilib, ikinci qruptan “hə-yox” variantları olan suallar verərək bu obyektin nə olduğunu tapmasını istəyiblər. Bir kliklə göndərilən bu suallar birinci qrup tərəfindən (bir monitorun iki tərəfində “hə-yox” variantları üçün fərqli dalğalarda yanıb-sönən led işıqlarına gözlər vasitəsilə fokuslanaraq) cavablandırılıb. Birinci qrupun cavablama sırasındakı beyin aktivliklərini qeydə alınıb. Bunları inkişaf etmiş bir kompüter əməliyyat sistemi vasitəsiylə (xüsusi başlıq taxan) ikinci qrupdakı şəxslərə transkranial elektro-maqnit siqnallarıyla ötürməyə cəhd ediblər.

Birinci qrupdakı şəxslərin beyin aktivliklərinin köçürülməsiylə yanaşı, digər qrupdakıların obyekti düzgün təxminetmə əmsalı  72 faiz olub. Hiss edilməyən bir plastik ayırıcı qatla maqnit sahəsinin zəiflədildiyi (yəni bu bilgilərin ötürülmədiyi) kontrol qrupunda isə bu əmsal 18 faiz olub. Mütəxəssislər deyir ki, nəticələr çox ümid vericidir və yeni araşdırmaları dəstəkləyən şəkildə gedir.

Zehin aktivliyi dediyimiz şey çox güman ki, beyninin qeyd oluna bilən aktivliklərindən daha kompleks bir fəaliyyətdir. Amma heç olmasa bu yolla “şüur” müəmması ilə bağlı bir addım daha çox informasiya əldə edə bilmək ümidi həyəcan vericidir.

 

Mənbə: Oggito

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az