sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Eko: “Şair yanğın zamanı kreslonun üstünə çıxıb şeir deməməlidir…”
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > esse > Eko: “Şair yanğın zamanı kreslonun üstünə çıxıb şeir deməməlidir…”

Eko: “Şair yanğın zamanı kreslonun üstünə çıxıb şeir deməməlidir…”

Published 19/07/2020
Paylaş

Sim-sim.az dünya şöhrətli italyan yazıçısı Umberto Ekonun ziyalı və onun cəmiyyətdəki rolu haqda fikirlərini təqdim edir. 

– Kimə intellektual demək olar?

– Əgər siz “intellektual” deyəndə işi əlləriylə yox, başıyla görənləri nəzərdə tutursunuzsa, onda bank işçisi intellektualdır, Mikelancelo isə yox. Və bu gün kompüteri olanların da hamısı intellektual sayılmalıdır. Yəni mən düşünmürəm ki, bu anlayışın insanın peşəsi və mənsub olduğu sosial təbəqə ilə bağlılığı var. Mənə görə, intellektual o kəsdir ki, yaradıcı təfəkkürü ilə yeni biliklər yaradır. Əgər bir kəndli anlayırsa ki, yeni üsulla edilmiş calaq ilə yeni alma sortları ala bilər, deməli həmin anda o, intellektual fəaliyyətlə məşğuldur. Amma əgər bir fəlsəfə professoru Haydegger haqda eyni mühazirəni ömrü boyu təkrar-takrar deyirsə, intellektual adlandırıla bilməz. İntellektual fəaliyyətin yeganə özəlliyi – tənqidi kreativlikdir, yəni bizim tutduğumuz işə tənqidi yanaşmaq, bu işi görməyin daha yaxşı yollarını kəşf etməkdir.

– Bu günün intellektualları hələ də özlərini Sartr və Fukonun dövründə olduğu qədər siyasi cavabdehlik anlayışına bağlı sayırlar?

– Mən düşünmürəm ki, siyasi məsuliyyət intellektualdan mütləq siyasi partiya üzvü kimi hərəkət etməyi, yaxud bundan da betər olan bir şeyi – məxsusi olaraq müasir dövrün sosial problemləri haqda yazmağı tələb edir. Bütün başqa vətəndaşlar siyasətlə nə qədər bağlıdırlarsa, intellektual da oqədər bağlı olmaldır. Onun maksimum edə biləcəyi iş müəyyən təşəbbüsləri dəstəkləmək üçün öz nüfuzundan istifadə etməsi ola bilər. Məsələn, hansısa ekoloji məsələ ilə bağlı imza toplanarsa və mənim də imzamın həmin işə köməyi dəyə bilərsə, həmin konkret halda mən də ümumi işə dəstək üçün öz nüfuzumdan istifadə edərdim. Problem ondadır ki, intellektualın müasir dövrə yox, gələcəyə dair məsələlərdə işə real xeyri dəyir. Əgər şair teatrdadırsa və teatrda yanğın baş veribsə, o, kreslonun üstünə çıxıb şeir deməməli, başqaları kimi yanğınsöndürən çağırmalıdır. İntellektualın işi qabaqcadan deməkdir: həmin teatr binasına diqqət yönəltmək, onun köhnə və təhlükəli olduğunu söyləməkdir, yəni onun sözü peyğəmbərcəsinə edilmiş müraciət funksiyası daşıya bilər. İntellektualın işi “Biz bunu etsək, yaxşı olar, yox” – deməkdir, “Biz bunu mütləq indi etməliyik!” – bu isə artıq siyasətçinin işidir. Əgər Tomas Morun utopiyası reallaşmış olsaydı, şübhəsiz ki, bu, Stalinist cəmiyyət olardı.

 

“Paris review” jurnalına müsahibəsindən

 

Tərcümə: Q.Rövşən

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?