sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Elçin Hüseynbəyli haqqında kitab nəşr olunub
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Xəbər > Elçin Hüseynbəyli haqqında kitab nəşr olunub

Elçin Hüseynbəyli haqqında kitab nəşr olunub

Published 20/09/2021
Paylaş

Yazıçı-publisist, dramaturq, tərcüməçi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin anadan olmasının 60, ədəbi yaradıcılığının 40 illiyinə həsr olunmuş “Mən və eqom…” kitabı nəşr edilib.

“Yeni Poliqrafist” nəşriyyatı tərəfindən çap olunan kitab yazıçının şəxsiyyət və yaradıcılığı haqqında nəzərdə tutulmuş dörd kitabın birincisidir.

Kitaba tanınmış qələm adamlarının (yazıçıların, şairlərin, tənqidçilərin, ədəbiyyatşünasların) müxtəlif zamanlarda yazdıqları məqalələr daxildir və E.Hüseynbəylini tanımaq və tanıtmaq baxımından əhəmiyyətlidir, çünki çeşidli ədəbi nəsillərin fikir və düşüncələrini özündə birləşdirir.

Sizə təqdim olunan birinci kitab (elə onlardan sonra gələnlər də) əsasən araşdırmaçılar, biblioqraflar və yazıçının yaradıcılığını izləyən, bəyənən oxucular üçün nəzərdə tutulub.

Kitabın redaktorları Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə və Dürdanə İbrahimova-Hüseynbəylidir.

Qeyd edək ki, Elçin Hüseynbəyli 1961-ci il, dekabrın 23-də Cəbrayıl rayonunda anadan olub.

kulis.az

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?