sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Emin Əliyev. Minimalist şeirlər

02/05/2022 - 11:58
A A
Facebookda paylaş

Sim-sim.az Emin Əliyevin minimalist şeirlərini təqdim edir: 

 

Sibirdə buzlar öz altında qamışları qoruyur,

Qamışa isə çox bənzəyir, bambuk ağacları.

Hansı daha əbədidir?

 

***

Hitlerin tankları insanların ona atdığı gülləri əzir

Ehtiram əlamətidir.

 

***

 

Müharibə.

Ən çox qanı

Sülhməramlılar tökdü.

 

***

Təbiət

gülə tikan,

heyvanlara qabıq verdi.

Amma biz hamısını dəlib keçdik.

Heyvanlarsa bir gün danışacaqdı,

Əgər insanlar onları yeməsəydilər.

Deməli, sivilaziya = insan rahatlığı.

 

***

Bayıl. Evlərin birində saat 23:00-dır.
Bayılda gün çıxmır, orada ancaq gecədir.
Bayılda mən radio dinləyirəm.
Moby mənə uşaqlığımı xatırladır,
Bir də 102 FM-i.
Bir də həmişə qulaqlıqlarda peydə olan DJ-in səsini.

***

 

Raufun xalası təkdir,

Şərifzadə küçəsində, uzun binanın sakinidir.

Evlənməyib, divardan asılan kəfkirli saatı da var.

Evə gələndə televizoru yandırır,

Televizor canlıdır, televizor onun evində yaşayır.

Kanalların proqramını əzbərləyib, bütün seriallara baxır.

Tez-tez 106-a zəng vurub saatı dəqiqləşdirir.

Hərdən, bir dəqiqə arxaya qalır saatı,

Hərdən ümumiyyətlə dayanır

Onda tez Raufa zəng vurur, deyir ki, saatım yenə xarabdır,

Bəlkə sizə gəlim?

 

***

Həyatımız iki yerə bölünür – iş saatlarına və qeyri-iş saatlarına.

Biz bir ailəyik – deməli, hələ peşəkar deyilik.

Lalə də bizim şirkətdə çalışır.

Onunla liftdə tanış olmuşam.

Özünə yeni eynək alıb.

Dostuma dediyinə görə Avropada universitetə hazırlaşır.

Üç qız, birlikdə üzbəüz binada kirayə qalırlar.

Lalə soft-roku sevir. Hər axşam Tolstoy küçəsində rok dinləyirlər.

Birdən Lalənin kibriti yerə düşür.

Ofisdə beş saniyəlik əsas duruş.

Dostum Lalənin üzünün niyə pörtdüyünü soruşur.

Bilmədiyimi deyirəm. Amma bilirəm.

Sonra ofisdə yenə həyat davam edir.

Soruşsalar bəs sən harada işləyirsən,

Onda deyəcəyəm:

saçı ortadan tökülməyə başlayan

kredit mütəxəssislərinin işlədiyi ofisdə.

***

Məişət dilindən başqa dil bilməyən dostum

həmişə belə deyir: “Bağışlayın, mən indi loru dilində danışıram.”

 

 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az