sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

FeminİSTANBUL şeir festivalı başlayır

30/10/2018 - 08:37
A A
Facebookda paylaş

Beynəlxalq Qadın Poeziya Festivalı FeminİSTANBUL bu il 1-3 noyabr tarixlərində üçüncü dəfə keçiriləcək.

“Birgəlikdə müxtəliflik” manifestiylə yolan çıxan FeminİSTANBUL qadınların problemləri ilə bağlı bəşəri fikir, sənət və dialoq platforması yaratmaq məqsədi güdür.

Festivalın təşkilat komitəsində Hilal Karahan, Dilruba Nuray Erenler və Emel Koşar var. Festivalda dünyanın hər yerindən gələn şairlər iştirak edəcək. Hindistan, Peru, ərəb ölkələrindən hər biri, İtaliya, Rumıniya, Bolqarıstan, İngiltərə, Serbiya, Bosniya, Albaniya, Almaniya, Macarıstan və digər ölkələrdən gələn şairlər öz ölkələrindəki qadınların problemlərini şeirlə dilə gətirirlər, birgə həll yolları axtarırlar və milli geyimlərində şeir oxuyurlar.

Birincisi 2016-cı ildə təşkil edilən festivalın ilk manifesti “Ana dilinə qarşı qadın dili” seçilib və mövzusu ədəbiyyatda və poeziyada qadını dilini analiz etməklə bağlı olub.

2017-ci ildə “Duzun sərhədləri” başlığı ilə mühacirlərin problemlərinə toxunulub və mühacirlərin şeirləri oxunub.

Bu ilin teması isə “Birgəlikdə müxtəliflik”dir. Temanı UNESCO-ya bağlı “World Festival of Poetry” (Dünya Poeziya Festivalı) təşkilatının qitələrarası direktoru və “Writers Capital Foundation”-nun (Kapital Yazıçılar Fondu) başqanı Hilal Karahan belə izah edib: “Dünyanın fərqli ölkələrində fərqli qadın problemləri ilə qarşılaşırıq. Biz qadınlar dəyişik, fərqliyik, müxtəlifik. Amma təməldə hamımız dünyanın və bəşəriyyətin məhsuldarlarıyıq. İnsanlıq varsa bizim sayəmizdə var. Biz qadınların ortaq mirası və ortaq özəlliyi bu müxtəliflikdir. Mütxəliflikləri qucaqlayırıq. Qadın olmağı qutlayırıq və bir hədiyyə hesab edirik. Bu qutlama, bu bayram üçün toplaşırıq. Dünyanın harasında oluruq olaq, həmişə birlikdə olmaq ümidiylə…”

Festival çərçivəsində əvvəlki illərdən fərqli olaraq bu şeir antologiyası da hazırlanacaq. “2018 Beynəlxalq FeminİSTANBUL Qadın Poeziyası antologiyası”na bütün dünyadan 55 şairin şeirləri toplanıb.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az