sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Simsim+
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
No Result
Bütün nəticələr
sim-sim

“Gələcək” – Xulio Kortasar

Facebookda paylaş

Və artıq bilirəm ki, orda olmayacaqsan,

Küçələrdə,

Gecələr işıq dirəklərindən

Gələn uğultularda,

Yemək seçəndən sonra ofisantı çağıran

O əl işarəsində.

Metroda sıxılışmış

Adamları rahlayan o gözəl təbəssümdə,

Oxunmaqçün əmanət alınmış kitablarda,

Və “sabah görüşərik” deyilən vidalarda…

 

Artıq olmayacaqsan mənim xəyallarımda,

Artıq olmayacaqsan hər sözümü ilk duyan…

Olmayacaqsan nə bir telefon nömrəsində,

Nə də o xoş rəngində bir qadın köynəyinin,

Ya da bir cüt əlcəyin…

 

Qəhər məni büsbütün bürüyəcək, əzizim –

Mən ki yaşamayacam daha səndən ötəri…

Şokoladlar alacam,

Fəqət səninçün deyil…

Heç vaxt gəlməyəcəyin döngədə duracağam,

Deyilmiş sözlər ilə qatacağam başımı,

Hamı yeyən yeməklə doyuracam qarnımı,

Köhnəlmiş xəyalları quracağam, əzizim…

 

Və artıq bilirəm ki, orda olmayacaqsan,

Nə burda, içəridə –

Səni hələ saxlayan qəlbimin daxmasında.

Nə də orada, çöldə –

Küçələr, körpülərin hey axan çaylarında…

Sən heç olmayacaqsan,

Bəlkə, qalmayacaqsan hətta xatirəmdə də…

Fəqət haçan düşünsəm, fikirləşsəm mən səni,

Bir fikir çulğaşacaq onda bütün ağlıma,

Səni xatırlatmağa çalışacaq gizlicə…

 

(“Alaqaranlıqdan özgə” adlı kitabından. 1984)

 

Tərcümə etdi: Firudin Həmidli

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

sim-sim

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam

Əlaqə

+994505147488
omar.mazanov@gmail.com

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Simsim+
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az