sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Gənclərin roman müsabiqəsinin “Qısa siyahı”sı açıqlanıb

30/11/2022 - 18:05
A A
Facebookda paylaş

TEAS Press Nəşriyyat evinin gənc yazıçılara dəstək məqsədilə təşkil etdiyi “Gənclərin roman müsabiqəsi”nin ikinci seçim mərhələsinin nəticələri bəlli olub.

 

Sim-sim.az xəbər verir ki, münsiflər heyəti ikinci mərhələnin “Qısa siyahı”sını müəyyənləşdirib. İlk beşliyə daxil olan həmin əsərlər bunlardır (sıralama şərtidir):

1. Abbaszadə Əfrail (“Mənguberdi”)

2. Əşrəfov Əşrəf (“Gecənin ən qaranlıq anı”)

3. Həmzəyev Seymur (“Nikolas Bonnet – Şərqə aparan hekayə”)

4. İsmayılov Elay (“Günah kolleksioneri”)

5. İsmayılov Pərvin (“Xanədan”)

Müsabiqənin yekun mərhələsində iştirakçılar arasından üç qalib seçiləcək və onlar ümumi qaydaya uyğun olaraq mükafatlandırılacaqlar.

– I yerin sahibinə 2000 (iki min) AZN məbləğində pul mükafatı veriləcək, qalib müəllifin əsəri TEAS Press Nəşriyyat evi tərəfindən çap olunacaq və “LIBRAFF” kitab mağazaları şəbəkəsində həmin kitabın təqdimatı keçiriləcək.

– II yerin sahibinə 1500 (min beş yüz) AZN məbləğində pul mükafatı veriləcək.

– III yerin sahibinə 1000 (min) AZN məbləğində pul mükafatı veriləcək.

Müsabiqənin nəticələri 2022-ci il dekabrın 15-də təşkil olunacaq mükafatlandırma mərasimində açıqlanacaq.

Qeyd edək ki, TEAS Press Nəşriyyat evinin bu layihəni həyata keçirməkdə əsas məqsədi yeni imzaların üzə çıxarılmasına və gənc yazarların tanıdılmasına dəstək olmaqdan, həmçinin ümumbəşəri dəyərləri təbliğ edən mövzuları roman janrı vasitəsilə oxuculara çatdırmaqdan və ədəbi rəqabət mühitinin inkişafına töhfə verməkdən ibarətdir.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az