sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Havar – Cənnət quşu
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Köşə > Havar – Cənnət quşu

Havar – Cənnət quşu

Published 03/01/2022
Paylaş

Sim-sim.az Havarın “Cənnət quşu” hekayəsini təqdim edir.

Evimizə uça-uça gəldik. Taksinin arxa oturacağında həyat yoldaşım Səlimlə bir-birimizə qısılmışdıq. Tez-tez baxışır, bürüncəyin ücunu qaldırıb, üç gün öncə dünyaya gəlmiş qızımız Tunaya sonsuz sevgi ilə baxır, xoşbəxt-xoşbəxt gülümsəyirdik. Qəbələdəki bağçalı, külafirəngili evimizə çatdıq. Tunayımızı beşiyinə qoyduq. Dərindən nəfəs aldıq, bir-birimizə sarıldıq. Həyat gözəl idi! Bu gözəlliyi Tanrı eşqi, bəndə sevgisi ilə biz yaratmışdıq. Hər bayramda Səlim cüt göyərçinlərini uçurdur, fit çalıb havada süzdürür, mayallaq aşdırırdı. Bu dəfə də elə etdi. Qoşa göyərçinlər havada süzdükcə, Səlim ləzzətlə gülür, bağçadan mənə əl eləyirdi. Süfrə başında Səlim göyərçinlərdən birinin adını “Tunay” qoyduğunu deyəndə, canımı qarışıq hisslər aldı; Tunayımın hələ uça bilmədiyini düşünüb, onun göydən yıxılacağından bərk qorxdum. Tunay günbəgün böyüyürdü. Qırxı çıxandan sonra onu hər gün bağçaya çıxarır, Səlimin əkdiyi güllər arasında gəzdirirdim. Tunayı bağçaya çıxaran kimi Səlim də göyərçinlərini göydə süzdürürdü. Bir dəfə qonşumuz Məlahət bizə gəldi. O, on iki il idi, ərə getmişdi, uşağı olmurdu. Məlahət gətirdiyi oyuncağı stolun üstünə qoydu, beşikdə şirin-şirin yatan Tunayıma baxdı və elə dərindən ah çəkdi ki, içim titrədi. Həmin axşam Tunayın dodaqlarının əfrafı gömgöy oldu. Narahatlıq içimi cuğladı. Səlim işdən qayıtmışdı, yenə də cüt göyərçinini fərəhlə göylərdə uçurdurdu. Eyvana çıxıb Səlimi çağırdım, cavab vermədi. Bağçanın ortasında dayanıb göyə baxırdı. Ona yaxınlaşıb, qolundan tutdum. Boğuq səslə dedi: “Göyərçinlərimdən birini qaçırdıblar”. “Hansını?” – dərhal soruşdum. “Tunayı” cavabını eşidəndə qəhər məni boğdu. Səlim tək qalmış göyərçini qonşuya tapşırdı, Tunayı təcili Bakıya apardıq. Həkim onu müayinə etdi, başını buladı… Həkimin dediyi hər söz ürəyimə xəncər kimi soxuldu. “Ürək qüsuru ilə doğulub. Əməliyyat üçün də gecikdirmisiniz. Müalicə yazaq, görək nə nəticə verir?”. Müalicə bir ay çəkdi. Tunayın vəziyyəti ağırlaşdı… Hər gecə göylərə baxırdım. Hər gecə buludlar göydəki ulduzları bir-bir yedikcə, ümidim əriyirdi.

*

Yenə taksinin arxa oturacağında Tunayımı bağrıma basıb, evə qayıdırdıq. Yolun uzandıqca uzanmasını arzulayırdım. Əzabdan Səlimin üzü qaralmışdı. Üç gün sonra Tunayı bağçamızın ortasında, Səlimin əkdiyi güllərin arasında basdırdıq. Dizimizi yerə qoyub, qəbirin başında ağır hüznlə susmuşduq. Tək göyərçin havaya qalxır, sürətlə aşağı enir, özünü bizə çırpır, təzədən havaya qalxırdı.

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?