sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: İMPAC Dublin mükafatının qalibi Valeriya Luiselli oldu
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Xəbər > İMPAC Dublin mükafatının qalibi Valeriya Luiselli oldu

İMPAC Dublin mükafatının qalibi Valeriya Luiselli oldu

Published 24/05/2021
Paylaş

İMPAC Dublin mükafatının 2021-ci il qalibi meksikalı yazıçı Valeriya Luiselli olub. Yazıçının qalib gələn romanı “İtmiş uşaqlar arxivi” adlanır.

Valeriya Luiselli 1983-cü ildə Meksikada doğulub. Atası diplomat olduğu üçün uşaqlığı müxtəlif ölkələrdə keçən yazıçı fəlsəfə təhsili alıb, hal-hazırda Kolumbiya Universitetində dərs deyir. İlk kitabı “İzdihamda üzlər” romanı ilə “LA Times”ın “Art Seidenbaum – debüt roman” mükafatına layiq görülüb. Esseləri və hekayələri “New-Yorker Times”, “Granta” və “New Yorker” kimi nüfuzlu dərgilərdə çap edilib. 2014-cü ildə “National Book Foundation” tərəfindən 35 yaşa çatmamış gələcək vəd edən ən yaxşı beş yazıçıdan biri seçilib. Çağdaş Latın Amerika ədəbiyyatının ulduzlarından sayılır. Luisellinin ikinci romanı “Dişlərimin hekayəsi” İmpac Dublin mükafatına namizədlərin siyahısına düşmüşdü.

Yazıçının qalib olan “İtmiş uşaqlar arxivi” romanı ABŞ-Meksika sərhəddində baş verən tragik hadisələrdən bəhs edən eksperimental, yenilikçi əsər kimi qiymətləndirilib.

Yazıçı hal-hazırda Nyu-York şəhərində yaşayır.

Xatırladaq ki, dünyanın ən prestijli ədəbiyyat mükafatlarından hesab edilən İMPAC Dublinin mükafat fondu 100 min avrodur.

 

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?