sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

İMPAC Dublin mükafatının uzun siyahısı açıqlanıb – 2022

02/02/2022 - 15:52
A A
Facebookda paylaş

Dünyanın ən prestijli ədəbiyyat mükafatlarından hesab edilən, mükafat fondu 100 min avro olan “İMPAC Dublin” mükafatının 2022-ci il üçün uzun siyahısı (long list) açıqlanıb. Mükafatın qısa siyahısı 22 martda, qalibi isə 19 mayda açıqlanacaq.

Uzun siyahıda 79 müəllif var.

2022-ci ilin uzun siyahısı aşağıdakı kimidir:

Alisiya MakKenzi – Bir milyon xala

Şəxsi bir faciədən sonra həyatı alt-üst olan Amerika əsilli rəssam Kris, təkliyə çəkilmək, rahatlıq tapmaq üçün anasının vətəni Yamaykaya yollanır. Ümid edir ki, orada vaxtını rəsm çəkərək, atasıyla olan yıpranmış münasibətlərini düzəldərək və başına gələn faciəni ötüşdürərək keçirəcək. Ancaq özünü bir məhəbbət üçbucağının və heyrətamiz hekayələrlə dolu, yeni, mürəkkəb bir “ailə”nin içində tapır.

Romanda hadisələr Yamaykanın əyalətində, Nyu-york Sitidə və Paris baş verir. Əsərin təhkiyəsi fərqli baxış bucaqlarından ifadə edilib.

Alisiya MakKenzi hal-hazırda Fransada yaşayan Yamayka əsilli yazıçıdır.

 

Nektariya Anastasiadou – Dəfnə üçün resept

“Dəfnə üçün resept” əsəri qısa hekayələri ilə beynəlxalq aləmdə tanınan, məşhur ədəbiyyat jurnallarında mütəmadi çap olunan Nektariya Anastasiadounun debut romanıdır.

Roman gənc Dəfnənin Amerikadan İstanbula gəlməsi və köhnə-yeni sevgi üçbucağının içinə düşməsiylə başlayır. Romanın bir qütbündə nişanlısı vəfat etmiş Fanis, digər qütbündə isə gənc, ancaq ənənələrinə bağlı olan şirniyyat ustası Kosmas var. Roman İstanbuldakı Rum kültürün müasir gözlə yenidən oxunuşudur.

Müəllif hal-hazırda İstanbulda yaşayır.

 

Meqan Nolan – Çarəsizlik aktları

Kitabın tanıtım yazısında deyilir: Qızın iyirmi üç yaşı var və sevgiyə aşiqdir. Kişi isə ondan yaşlıdır və indiyə qədər gördüyü ən yaraşıqlı kişidir. Münasibətləri sürətlə tükənir. Ancaq bu münasibətin təxmin edilməz və mükəmməl görüntüsünün alt qatında orta bir məxrəc var. Qız həmin məxrəci tutmaq istəyir, ancaq ikisi də fərqli ideallara görə yaşayırlar. Kişi arıq, qlamur keçmiş sevgilisiylə yazışmağa davam edir və qız hamıdan gizlətdiyi, utanc dolu istəklərinə təslim olmağa başlayır.  Meqan Nolan hal-hazırda Londonda yaşayır.

 

 

Aaron Qvin – Bütün Allah uşaqları

1827-ci ildə Kentakkidə gözdən düşmüş bir gənc olan Dunkan Lammons istədiyi kimi yaşamaq və seviləcəyini ümid edərək Teksasda orduya yazılmaq üçün yola düşür. Həmin Virciniya əyalətində gənc bir kölə olan Sesiliya da ilk dəfə ağalarının yanından qaçır. Qısa müddətdən sonra qaçış cəhdləriylə məşhurlaşan Sesiliya Sem Fisk ilə tanış olana qədər olmazın əzabına qatlaşır. Semlə onun Teksasdakı fermasına gedən Sesiliyanın yolu burada Dunkan Lammons və digər hərbçilərlə kəsişir.

Çarli Kaufman – Qarışqa qövmü

Bu, yaşayan ən böyük rejissorlardan hesab edilən Çarli Kaufmanın debüt romanıdır.

B. Rosenberqer Rosenberq nevrotik və çox da bəyənilməyən kino tənqidçisidir, əsrarəngiz bir adam vasitəsilə indiyə qədər qədər görmədiyi bir filmə rast gəlir – üç aylıq bir stop-motion. Bu filmin kariyerasını dəyişdirəcəyinə və kino dünyasında böyük rezonans doğuracağına, çox güman ki, indiyə qədər çəkilmiş ən yaxşı film olacağına inanan tənqidçi, bu əsəri hamıya təqdim etmək istəyir. Ancaq bir problem var: Film silinir və geridə onu yeganə şahidi qalır. Geriyə bir variant qalır: B-nin bəşəriyyətin sonuncu böyük ümidi saydığı sənət əsərini xatırlaması.

Roman çağdaş dünyanın kəskin tənqididir və sənət, zaman, yaddaş, kimlik kimi mövzuları araşdırır.

David Diop – Gecə bütün qanlar qaradır

Alfa və Mademba İkinci Dünya Müharibəsində Fransa tərəfdən Almaniyaya qarşı döyüşən Seneqallı iki əsgərdir. Bir döyüş sırasında Mademba yaralanır və ölür. Tək qalan Alfanın psixologiyası pozulur və hər gecə sipərdən çıxaraq düşməndən tərəfdən birini qəddarlıqla öldürür, get-gedə döyüş yoldaşları belə ondan aralı gəzməyə başlayır…

Roman müharibə və dəlilik arasındakı əlaqə üstündə qurulub.

David Diop hal-hazırda Fransadakı Pau Universitetində XVIII əsr ədəbiyyatından dərs deyən professordur. Xatırladaq ki, David Diopun romanı 2021-ci Beynəlxalq Buker mükafatının qalibi olub.

 

Hezer Smit – Barri Skvayrs: Full Tilt

1995-ci il. “Full Tilt” rəqqasları yeni qumarxananın açılışında diqqətlayiq bir performans göstərirlər, bu tamaşanı görən 12 yaşlı Finbar (Barri) Skvayrs həmin rəqs qrupuna qatılmaq istəyir. Barrinin ulduz olmaq xəyalları valideynlərinin onun arzularını qeyri-ciddi hesab etməsiylə təhlükəyə girir. Ancaq nənəsi Nanni Skvayrs onu dəstəkləyir.

 

 

Joa Reys – Rusiya qarına bulaşmış nənə

Roman absurdun sərhədlərindən bəhs edir. Bir qadın öldürülüb və qətlin yeganə şahidi danışan, düşünən bir eşşək müqəvvasıdır. Əsər dekartçı konkretliyə Vitgenşteynvari bir qısaqapanma təklif edir. Müəllif iddia edir ki, bir nəfəsə oxunan bu kitabı, ayaq üstə də oxumaq mümkündür.

Coa Reyes 1985-ci ildə doğulub. Portuqaldır, skandinav dillərindən (İsveç, Danimarka, Norveç, İslandiya dillərindən) tərcümələr edir. Fəlsəfə təhsili alıb, onu indidən Hamsun Kafka ilə müqayisə edirlər.

 

Jaklin Bublitz – Sən mənim adımı bilməzdən qabaq

Alis Li 18-ci doğum günündə altı yüz dollar və oğurluq bir kamera ilə Nyu-yorka gələndə yeni bir başlanğıc axtarırdı. Bir ay sonra isə məchul bir cinayətə qurban gedir.

Rubi Cons da hər şeyə sıfırdan başlamaq istəyirdi, ta ki, Hudzon çayında Alis Linin cəsədini tapana qədər.

Bu qəribə qarşılaşma ölü və diri olan bu iki qadın arasında qəribə bir bağ yaradır. Alis düşünür ki, onun həyatının və ölümünün sirrini çözmək Rubinin əlindədir. Rubi gördüklərini unutmağa çalışsa da, anlayır ki, Aliso nun yaxasını buraxmır…

 

Tiffani MakDaniel – Betti

“Bir qız bir bıçaqla bəkarətini itirdi.” Belə başlayır Betti Karpenterin hekayəsi. 1954-cü ildə ağdərili bir ana və qaradərili bir atanın övladı olaraq bir vannada doğulan Betti səkkiz uşağın altıncısıdır. Ohiodakı bir qəsəbədə yaşadıqları həyat yoxsulluq, məhrumiyyət, yaşıl mənzərələr və parlaq ulduzlardan ibarətdir.

Başına gələn çətinliklərə baxmayaraq, Betti dözümlüdür. Təbiətə olan marağı, bacılarına olan hədsiz sevgisi və atasının parlaq hekayələri onun təxəyyülünü alovlandırır və Betti başına gələnlərdən xilas olmaq üçün bir çıxış yolu tapır: Yazmaq.

 

Alis Rendal – Qaranlıq uçurumdakı müqəddəslər

Böyük Böhrandan İkinci Dünya Müharibəsindən sonrakı illərə qədər Cozef “Ziqqi” Conson Detroitin məşhur “Qara uçurum”unun nəbzi tutub. O, şəhərin afro-amerikan qəzeti olan “Michigan Chronicle” üçün dedi-qodu yazan köşə yazarı, eyni zamanda, Etel Voters, Billi Eksteyn, o cümlədən dövrün əfsanəvi qaradərili rəssamları ilə birlikdə ən qaynar gecə klublarından birinin əməkdaşıdır. “Ziqqi” eyni zamanda “Ziggy Johnson Teatr Məktəbi”nin qurucusu və dekanıdır. Ancaq artıq hər şeyi asılqana təhvil vermək vaxtıdır.

Qaradərililərin işlətdiyi bir xəstəxanada ölmək üzrə olan Ziqqi öz həyatını, çevrəsini, kültürünü, ona formalaşdıran dəyərləri düşünür.

 

Kerol Bruno – Olduğunuz küncü işıqlandırın

Əfsanəvi folk sənətçisi Maud Lyuisin XX əsrin ortalarında əri Everett ilə yaşadığı balaca evə kiçik nəzər salmaq kifayətdir ki, onun nəşəli sənət əsərləri ilə həyatındakı məhrumiyyətlər arasındakı heyrətamiz əkslik üzə çıxsın. Onun fotosouna baxanda başa düşürsünüz ki, təbəssümü və utancaqlığının altında sərt nəsə var. Möhtəşəm təmkininə baxmayaraq, Maud əslində ki midi? O, suyu gəlməyən bir otaqlı evdə içki düşkünü bir adamla yaşamağa necə razı oldu? Xoşbəxt idi, yay yox?

Bu roman geridə qalan həyata qəbirdən bir baxışdır.

 

 

Françeska Ekvuyasi – Kərə Yağlı ballı donuz çörəyi

Bu debüt roman Kehinde və Taiye adlı əkiz bacılar və onların anası Kambirinaçinin iç-içə keçən hekayəsidir. Kambirinaçi fikirləşir ki, anasını bədbəxt etmək üçün uşaqlıqda ölərək ailələrinin başına bəla gətirən bir ruhdur. Kambirinaçinin qorxularından bəziləri qızı Kehindenin bir uşaqlıq travması keçirməsiylə nəticələnir. Kehinde yetkinlik yaşına çatan kimi ailəsindən uzaqlaşır, bacısı və anasıyla əlaqəsini kəsir. Monrealda təkcə öz həyatını qurmaq və travmasını unutmağa çalışır. Bacısının başına gələnlərə görə özünü günahkar hiss edən əkiz bacı Taiye isə Londona qaçır və bacısını itirməyin ağrısını kəskin hedonizmlə sağaltmağa çalışır.

On ildən çox ayrı yaşayandan sonra əkiz bacılar analarını ziyarət etmək üçün Laqosa – evlərinə qayıdırlar. Əgər uzlaşaraq yollarına davam etmək istəyirlərsə, bu üç qadının bir-biriylə üzləşməsi və keçmişdəki yaraları sağaltmalı olduqları yer buradır.

Nigeriyalı yazıçı multidisiplinar sənətçidir.

 

 

Lana Bastaşiç – Dovşanı tut

Sara illərdir ki, ən yaxın uşaqlıq dostu Leylanı görmür, ondan xəbər almır.

Sara Dublindəki həyatından, partnyorundan, avocado bitkisindən və naturist qonşusundan məmnundur. Lakin Leyla zəng edib onu Bosniyaya geri çağıranda, Sara etiraz edə bilmir. İki qadın Bosniya Müharibəsinin sonlarına doğru yoxa çıxan Leylanın qardaşı Armini tapmaq üçün yola düşdükcə, səyahət kimi başlayan şey keçmişə səyahətə çevrilir. Leyla və Sara hamının ölü hesab etdiyi Arminin hələ də sağ olduğuna inanırlar.

Yaddaşın məhdudiyyətləri ilə qarşılaşan Sara, bir qız kimi başa düşdüyü şeyləri yenidən nəzərdən keçirmək məcburiyyətində qalır: ən yaxşı dostu, onunla paylaşdıqları ilk təcrübələr, eyni zamanda, onları bir-birindən ayıran, bu qədər fərqli edən sosial və dini xətlər.

Lana Bastaşic Yuqoslaviya əsilli yazıçı və tərcüməçidir. Belqradda yaşayır.

 

 

Kelli Co Ford – Əyri Alleluya

1974-cü il. Oklahoma ştatınında on beş yaşlı Custin anası Lula və nənənin rəhbərlik etdiyi sərt, mürəkkəb və sadiq qadınlardan ibarət ailədə böyüyür. Custinin atası ailəni tərk etdikdən sonra Lula Müqəddəs Kilsənin dindar üzvünə çevrilib – Custinin bu icmanın boğucu və dəhşətli olduğunu düşünür, lakin custine bir zorakılıq aktı onun yolunu əbədi olaraq fərqli istiqamətə çevirənə qədər sadiq bir qız kimi əlindən gələni edir.

Roman qürurlu və inadkar Çeroki qadınlarının dünyasından bəhs edir.

 

Karmel Miranda – Krossmatç

Yoxsul gənc oğlan aldığı xəsarətdən reanimasiyada dünyasını dəyişəndə heç kim bunu tragik qəzanın nəticəsi hesab etmir. Heç kim, yəni valideynlərinin seçimi ilə tibb kariyerasına daxil olan xəyalpərəst Lotus.

Dünyasını dəyişən oğlanın son anlarının şahidi kimi o, istəmədən dosyesinə cəlb olunur və tezliklə özünü qəzəbli və əsəbi vəziyyətdə tapır, baş verənləri anlamağa çalışır.

Məsələn, oğlan nə üçün ehtiyatsızlıqdan yolun o tayından bu tayına keçən avtomobilin yoluna çıxıb? Niyə oğlanın telefonunda Lotusla eyni adlı adam var?

Lotus bu sualların arxasınca Kolombonun xəstəxanalarına, gecəqondularına və malikanələrinə aparan bir axtarışa başlayır.

Karmel Miranda Şri Lankada, Kolomboda doğulub. Anestezioloqdur.

 

 

Metyu Seylses – Gözdən it Doplqanger gözdən it

Mett Kim həmişə yorğundur. Onun pişiyi ölüb. Həyat yoldaşı və qızı onu tərk edib. İnsanlar küçədə onun yanından etinasız keçirlər. O, əmindir ki, yoxa çıxacaq. Lakin bir gün Mett özünə oxşayan, hər cəhətdən özündən üstün oxşarıyla qarşılaşır.

Roman qəribə bir suala cavab axtarır: görünmək üçün başqası olmaq məcburiyyətində qalanda, adamın özünə nə olur?

Müəllif koreyalı-amerikalıdır.

 

 

Valeri Perrin – Çiçəklər üçün təmiz su

Viyole Tusyen kiçik bir qəsəbədə qəbristanlıq nəzarətçisidir. Həyatı yas saxlayanların, mütəmadi məzarlığa gələnlərin və həmkarlarının onunla bölüşdüyü, adətən gülməli, amma həmişə müəmmalı hadisələrin ritminə uyğun keçir. Viyolenin rutin həyatı bir gün yaxın zamanda ölən anasının küllərini tamamilə yad bir adamın qəbrinin üstünə səpməyə gələn yerli polis şefi Julyen Solenin gəlişiylə pozulur. Çox keçmədən məlum olur ki, Julyenin anlaşılmaz hərəkəti ilə Viyolenin qarışıq keçmişi arasında bir əlaqə var…

 

Andrey Kurkov – Boz arılar

Üç küçədən ibarət kiçik Starhorodivka kəndi Ukraynanın Boz Zonasında, sadiqlər və separatçı qüvvələr arasındakı tənha ərazidə yerləşir. Burada illərdir davam edən, arabir kəsilən ilıq müharibə və davamlı təbliğatın fonunda yalnız iki sakin sağ qalıb: təqaüddəki təhlükəsizlik müfəttişi Sergey Sergeyiç arıçı olub və məktəb illərində “düşmən”çilik etdiyi Paşka.

Yemək azdır, elektrik enerjisi yoxdur, daim bombalanma təhlükəsi var, bu mənzərədə Sergeyiçin yeganə zövqü arılarıdır. Bahar yaxınlaşdıqca, Sergey onları Boz Zonadan uzağa aparmalıdır ki, polenlərini rahatlıqla toplaya bilsinlər. Arıların xətrinə boynuna götürdüyü bu sadə missiya onu döyüş xəttinin hər iki tərəfindəki döyüşçülər və mülki şəxslərlə tanış edir: sadiqlər, separatçılar, rus işğalçıları və Krım tatarları. Hara getsə, Sergeyin uşaq sadəliyi və güclü əxlaqi kompası qarşılaşdığı hamını tərki-silah edir.

“Boz arılar” romanı müəllifin 2014-cü ildə çapdan çıxan “Ukrayna gündəlikləri” kimi aktualdır, lakin baş verən böhrana Kurkov bir çimdik yumor qataraq onu daha yaradıcı hala salır. Müasir münaqişələrin portretini Ukraynanın ən məşhur yazıçısından daha yaxşı kim edə bilər?

 

Sara Krossan – Budur arı pətəkləri

Dünyadan kimsənin sənə məxsus olduğunu bilmədiyi birini itirsən neylərdin?

Anna üç ildir hüquq firmasının müvəkkili Konnor ilə münasibətdədir. Sevgiləri otel otaqlarına, barların qaranlıq künclərinə əmanət edilib, münasibətləri dünyadan gizlədilib. Annaya bir səhər Konnorun öldüyünü xəbər verən bir zəng gəlir və o, sirli kədəriylə gedəcək bir yer tapmır. Çarəsiz qalan Anna, həmişə kölgəsi onların üstünə düşən Konnorun arvadı Rebekkaya zəng vurur.

 

 

Con Fosse – Mən başqasıyam: Septoloji III-V

Dul qadın olan Asle Norveçin cənub-qərb sahilində tək başına yaşayan yaşlı bir rəssamdır. Yeganə dostları qonşuluqdakı ənənəvi balıqçı-əkinçi olan Asleik və şəhərdə yaşayan qalareyaçı Beyerdir. Byorqvində başqa bir Asle yaşayır, o da rəssamdır, tənhadır və alkaqolikdir. Asle və Asle əkizdirlər, eyni adamın iki versiyasıdırlar, eyni həyatın iki versiyası. İkisi də ekzistensial problemlərlə əlləşirlər.

Norveçin dünyaca məşhur yazıçısı Con Fosse “Septoloji” seriyasının bu hissəsində iki Asle gənclik illərində ilk dəfə görüşürlər, ikisi də rəssam olmaq istəyir.

 

Mariya Strepanova – Yaddaşın yaddaşında

Xalasının ölümü ilə Mariya Stepanova solğun fotoşəkillər, köhnə açıqcalar, məktublar, gündəliklər və çoxlu suvenirlərlə dolu bir mənzili gözdən keçirməli olur: Rusiyada bir əsrlik həyatın qurumuş anbarı. Sakit, möhkəm əllərlə ehmalca yenidən bir yerə yığılmış bu parçalar, ilk baxışda adi görünən bir yəhudi ailəsinin ötən əsrin saysız-hesabsız təqib və repressiyalarından necə sağ çıxmasından bəhs edir. Rolan Bart, W. G. Sebald, Suzan Sontaq və Osip Mandelstam kimi yazıçılarla dialoqda yazılmış “Yaddaşın yaddaşında” nadir intellektual maraq və heyrətamiz dərəcədə yumşaq poetik səslə doludur. Müxtəlif formalara – esse, memuar, səyahətnamə və tarixi sənədlərə dalaraq, Stepanova ideyaların və şəxsiyyətlərin geniş panoramasını toplayır, mədəni və şəxsi yaddaşın tamamilə yeni və cəsarətli tədqiqini təklif edir.

Xatırladaq ki, müəllifin bu romanı 2021-ci Beynəlxalq Buker mükafatının qısa siyahısını da düşmüşdü.

 

Marcolin van Himstra – Bir ad axtarışında

Marcolin van Himstra xatırlaya bildiyi qədər böyük əmisinin qəhrəmanlığı haqqında eşitmişdi. Müqavimət döyüşçüsü kimi o, nasistlərlə əməkdaşlıq edən bir hollandiyalının ölümünə səbəb olan və sonradan ailədəki hər kəsin qəhrəmanına çevrilən bomba əməliyyatının təşkilatçısı idi.
Beləliklə, Marcolinin nənəsi ona böyük əmisinin möhür üzüyünü hədiyyə edərək gələcək oğluna onun adını verməsini xahiş edəndə, Marcolin yox deyə bilmir. İndi ilk oğluna hamilə olan Marcolin, mərhum qohumuyla bağlı mifin arxasındakı əsl hekayəni açmaq üçün axtarışa başlayır. Qarnı böyüdükcə, şübhələri də artır – əmisi qəhrəmandır, yoxsa cinayətkar?

Tomas Kinq – Hindistanlılar tətildə

Təxminən yüz il əvvəl göndərilən bir neçə açıqcadan ilhamlanaraq, Bird və Mimi uzun müddət itkin düşmüş Leroy əmi və özü ilə Avropaya apardığı ailə dərmanı paketinin izinə düşməyə çalışırlar.
Öz növbəsində hazırcavab, hiyləgər və acınacaqlı olan bu əsər, bir cütlüyün Avropa tətilinin unudulmaz hekayəsidir.

 

Patrisiya Engel – Sonsuz ölkə

Talia Kolumbiyanın meşəlik dağlarında yeniyetmə qızlara bilərəkdən, yaxud bilmədən zorakılıq etdiyi üçün islah müəssisəsinə göndərilir. O, təcili olaraq çölə çıxıb Boqotaya evinə qayıtmalıdır, burada onu atası və ABŞ-a təyyarə bileti gözləyir. Uçuşu qaçırarsa, nəhayət ailəsinə qovuşmaq şansını əldən verə bilər.

Merilin Robinson – Cek

“Cek” romanı Merilin Robinsonun artıq klassikləşən, bu seriyadan dördüncü əsəridir. Merilin Robinson dünyası mifikdir. Merilin Robinson “Pulitser” mükafatı qalibidir. Çağdaş Amerikan ədəbiyyatının ən özünəməxsus yazıçılarından hesab edilir.

 

Milcenko Cerqoviç – Kin

“Kin” romanı  Xorvatiyanın ən dəyərli yazıçılarından sayılan Cerqoviçin ailə saqasıdır. XX əsri əhatə edən bu geniş hekayədə Milcenko Cerqoviç ailə keçmişinin tozlu guşələrinə nəzər salır, onları incə, poetik dəqiqliklə işıqlandırır. Adi, unudulmuş əşyalar – babanın arıçılıq jurnalları, paslı benzol alışqanı, hərbi yağış paltarı – bunlar hamısı Yerqoviç üçün bir əsrlik müharibəni yaşayan bir ailənin sevinc və kədərini araşdırdığı obyektlərə çevrilir. Əsər son nəticədə Yuqoslaviya üçün odadır – Yerqoviç öz ölkəsinə Birinci Dünya Müharibəsi, İkinci Dünya Müharibəsi, Soyuq Müharibə, sonra isə 90-cı illərin Bosniya müharibəsinin dağıntıları vasitəsilə baxır. Dəyişən küçə adları, sərhədlər, dəyişən fəsillər, qəbristanlıqlar, operalar, toylar, bazarlardakı sosial rituallar – bunların hamısını sevgi dolu, canlı detallarla göstərir.

 

 

Kazuo İşiquro – Klara və günəş

Mükəmməl müşahidə keyfiyyətlərinə malik olan Süni İntellekt Klara mağazada ona göz atmağa gələnlərə və küçədən keçənlərin davranışlarına diqqətlə baxır. Müştərilərin tezliklə onu seçəcəyinə ümid edir.
Bu roman İşiquronun “Ədəbiyyat üzrə Nobel Mükafatı”nı aldıqdan sonra yazdığı ilk romanıdır.  “Klara və Günəş” İşiquronun fundamental bir sualı araşdırmaq üçün sürətlə dəyişən müasir dünyamızın gözü ilə baxır: sevmək nə deməkdir?

 

 

Yonas Luşer – Kraft

Riçard Kraft alman ritorik professorudur, qocalır və ailə həyatı yaxşı deyil, borc içindədir. Kraft bir “Silikon vadisi” milyoneri və “texno-optimist”inin sponsorluq etdiyi, Kaliforniyada təşkil ediləcək bir yarışmaya dəvət edilənə qədər düşdüyü vəziyyətdən çıxış yolu axtarır. Yarışma milyon dollarlıq bir suala cavab axtarmaq üçündür: hər yarışmaçı dünyamızın ehtimal edilən dünyalardan niyə yaxşısı olduğunu və onu necə daha yaxşılaşdıra biləcəyimizlə bağlı 19 dəqiqəlik çıxış etməlidir.

 

Mark Blaqreyv – Fiqurları yerləşdirin

Elizabet MakKinnon şəhərin mərkəzi yarımadasının həyatından bəhs edən şeirlərinə ilham tapmaq üçün 1939-cu ildə Nyu Brunsvikə köçür. Şəhərin şairlərindən, rəssamlarından, dulusçularından, rəqqaslarından, dramaturqlarından ibarət canlı həyatına özünü qapdırır və iqtisadi böhran dövründə sənətlə məşğul olmağın mənasını tapmağa çalışır.

 

 

Zu Daksin – Uzunömürlülük Parkı

Pekinin qocaları sağlamlıq haqqında sözlər eşitmək üçün Uzunömürlülük Parkına toplaşırlar. Qulluqçu robotlar, ölümsüzlük həbləri, yaşlanmağı gecikdirən texnologiya… ancaq lağlağı bir adam bunları ilan yağı adlandıra bilər. Bu roman şəfqət bacısı Zonq və onun sahib olduğu yeganə şəxs olan qoca Xio Əminin hekayəsidir. Çin get-gedə qocalıq və ailələr dağılır. Müəllif heysiyyət, miras və itirilmiş ailə bağlarını araşdırır.

 

 

Daniela Krin – Beş pərdədə sevgi

Kitab satıcısı Paula uşağını və ərini itirir. Xoşbəxtliyi harada tapacaq?

Hədsiz müstəqil olan Cudit kişilərdən çox atlarla maraqlanır, ancaq bu onun internetdə sevgi axtarmasına mane olmur.

Brida işi ilə ailəsi arasında seçim etməli olana qədər yazmağa vaxt tapmayan yazıçıdır.

“Mükəmməl” kişi tərəfindən tərk edilən Malika valideynləriylə barışmağa çalışır. Onun aktrisa olan bacısı Yorinde üçüncü dəfə hamilədir, ancaq tək başına ailəsinə necə baxacaq?

“Beş pərdədə sevgi” həyat yoldaşı, ana, dost, sevgili, bacı və qız övladı rollarındakı beş qadından bəhs edir.

 

Stüart Everli-Vilson – Yüngül gözləntilər

1975, Qərbi Sidney. Qonşuların hamının nə iş gördüyünə göz qoyduğu küçə.
Oğlan və anası. Gizlədilən ailə sirri.
Devon Destri radarın altında uçur. O, danışmır (özünü “danışmaqda çətinlik çəkən” kim təqdim edir) və aşağı intellektiylə bağlı hər hansı fərziyyəni düzəltmək üçün heç nə etmir. Heç kim əksini bilmirsə, deməli, heç kim ondan heç nə gözləməyəcək. Yalnız onun sadiq dostu Böyük Tammi və qonşusu Krenek bilirlər ki,  onu sevimli kitabı “Böyük ümidlər”dir, yaxud o, ümumiyyətlə oxuya bilir. Ancaq anasının keçmişiylə bağlı soyuqqanlı ifşası gözlənilmədən onun özünə və anasına baxış bucağını dəyişir.

 

 

Şarlotta Makkonaxi – Miqrasiyalar

Epik, səmimi, təsirli və həyəcanlı. Şarlotta Makkonaxinin bu əsəri itmiş dünyaya oda və ümid mövcudluğu haqqında nəğmədir.

 

Audur Ava Olafsdottir – Miss İslandiya

 

Patrisiya Lukvud – Heç kim bu barədə danışmır

 

Lien Simpson – Noopiminq: Ağ xanımlar üçün müalicə

 

 

Linda Bostrom Knausqard – Oktyabr uşağı

 

Emma Qannon – Oliv

 

Kim Sum – Bir sol                                                                     

 

 

Suzanna Klark – Piranezi 

 

İbi Zoboi və Yusif Salam – Havanı deşmək

 

Daniel Saldana Paris – Nəticələr

 

Ketrin Cidci – Uzaqdan simpatiya

 

 

Reyçel Kusk – İkinci məkan

 

 

Nardi Simpson – Timsahın nəğməsi

 

Brannavan Qnanalinqam – Budaqlar 

Donal Rayan – Qəribə çiçəklər 

Deniela MakLeflin – Çöküş sənəti

 

Elis Zeniter – İtirmək sənəti

 

 

 

Pilar Qvintana – Qancıq

 

 

Akvaeke Emezi – Vivek Ojinin ölümü 

 

 

Pip Vilyams – İtmiş sözlər lüğəti

 

Yun Ko-un – Fəlakət turisti

 

Olqa Ravn – İşçilər: 22-ci əsrin iş yeri romanı

 

 

Qoran Voynoviç – Əncir ağacı

 

Raşa Adli – Hörüklü qız

 

 

 

 

 

 

 

 

Sandro Veronesi – Arı quşu

 

Kerolin Jorj – İmaqo mərhələsi

 

 

Amanda Lohrey – Labirint

 

 

Emma Stoneks – Lampaçılar

 

Çitra Banerji Divakaruni – Son kraliça

 

Katya Perat – Mazoxist

Diana Kuk – Yeni səhra

 

Yasper Gibson – Osminoq adam

 

 

Zakiya Dalila Harris – Digər qara qız

 

Robert Cons – Peyğəmbərlər

 

 

Ceyn Harper – Sağ qalanlar

 

 

Ya Qyasi – Transsendent krallıq

 

Daniel Qalera – İyirmiliklər gecə yarısından sonra

 

 

Devid Mitçel – Utopiya prospekti 

 

Hoda Bərəkət – İtirilmişlərin səsləri

 

 

Siqrid Nunyez – Nələr yaşayırsan

 

Cumpa Lahiri – Oralar

 

Siyana Nalika DeŞild – Ma Kema kimdir?

 

Selma – Xəyal quran qadınlar

 

 

Deyvid Kinan – İkstabet

 

 

Elizabet Heyns – Sən, mən və dəniz

Konni Palmen – Sənin hekayən, Mənim hekayəm

 

Mənbə: https://dublinliteraryaward.ie/book-category/2022/ 

 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az