sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

“İşıqlı Azərbaycan fotolarda” adlı fotomüsabiqə keçirilir

21/09/2021 - 11:34
A A
Facebookda paylaş

Energetiklər günü münasibətilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti “Gilavar” Foto Klubu ilə birgə “İşıqlı Azərbaycan fotolarda” adlı fotomüsabiqə keçirir.

“Gilavar” Foto Klubundan bildirilib ki, müsabiqənin keçirilməsinin əsas məqsədi həvəskar və peşəkar fotoqrafların baxışlarında Azərbaycanın müxtəlif məkanlarının inkişafını işıq mövzusu əsasında təqdim etmək, elektrik işıqları ilə bağlı olan yaradıcı fotoların çəkilməsinə təkan verməkdir. Hər şəhər və rayonumuzun öz gözəlliyini işıq mövzusu altında çəkmək və bu gözəllikləri insanlarımıza tanıtmaqdır.

Yarışma ilə bağlı bütün təşkilati məsələlər, o cümlədən fotoların qəbulu, münsiflərin seçimi, müsabiqənin şərtlərinə əməl olunmasına nəzarət “Azərişıq” ASC-nin nümayəndəsinin iştirakı ilə “Gilavar” Foto Klubu tərəfindən həyata keçiriləcək. Fotoqrafların işləri peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin şərtləri beynəlxalq foto təşkilatlarının qayda və prinsipləri uyğun şəkildə təşkil olunur.

Fotolar “İşıqlı Azərbaycan fotolarda müsabiqəsi” mövzusu ilə gilavar.net@gmail.com elektron ünvanına göndərilməlidir. Nəticələrin elan olunması və qaliblərin mükafatlandırılması “Azərişıq” ASC-nin rəsmi saytında və sosial şəbəkədəki hesablarında, kütləvi informasiya vasitələrində elan olunacaq.

Yarışmaya fotolar oktyabrın 10-dək göndərilməlidir. Yarışma haqqında və şərtlər barədə ətraflı məlumatı http://gilavar.net/fotolarda saytından əldə etmək mümkündür.

 

azertag.az

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az