sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Jalə İsmayılın yeni kitabı çap olunub

24/05/2021 - 19:08
A A
Facebookda paylaş

Yazar Jalə İsmayılın “Oynamaq istəyən varmı?” kitabı işıq üzü görüb. 7 pyesin daxil edildiyi kitab “Mücrü” nəşriyyatında çap olunub. Pyeslərin redaktoru Rəbiqə Nazimqızıdır.

Xatırladaq ki, yazar “Heykəlin içindəki hekayələr” hekayə (2010) və “Birnəfəsə” şeir (2015) kitablarının, “Rumıniya-Azərbaycan: iki mədəniyyət, sonsuz imkanlar” monoqrafiyasının müəllifidir.

“Oynamaq istəyən varmı?” kitabında yer almış “Güzgüyə inan” monopyesi “KısaGaraj” festivalında oynanılıb (Tiyatro1112Garaj, 2018, Ankara). 2013-cü ildə Azərbaycan Dövlət Yuğ Teatrında “Oxşar” pyesinin oxunuşu keçirilib. 2017-ci ildə isə sözügedən pyes ADMİU-da Əməkdar artist Yaqut Paşazadənin rəhbərlik etdiyi kursda tələbələrin iştirakı ilə səhnələşdirilib.

Jalə İsmayıl “Nəsimi” Milli Ədəbiyyat Mükafatının (2008), “Azadlıq radiosu” Milli Ədəbiyyat Mükafatının (2011) laureatı,  “Craiova Drama 2015” Beynəlxalq Dram Müsabiqəsinin (2015, Rumıniya) qalibidir.

 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az