sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Kamal Abdulla. Mehman Qaraxanoğluna məhəbbətlə…
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Kamal Abdulla - 70 > Kamal Abdulla. Mehman Qaraxanoğluna məhəbbətlə…

Kamal Abdulla. Mehman Qaraxanoğluna məhəbbətlə…

Published 29/04/2022
Paylaş

Sim-sim.az xalq yazıçısı, akademik Kamal Abdullanın tanınmış tənqidçi, ədəbiyyatşünas Mehman Qaraxanoğlunun 65 yaşı münasibətilə yazdığı təbriki təqdim edir.

Əzizim Mehman Qaraxanoğlunun yaşı ahıllıq sərhədlərinə gəlib yetişdi. O bu illər ərzində nəyi qazandı, nələri itirdi? İtirdiklərini ondan yaxşı bilən olmaz. İtirdiklərini onun özü vaxt imkan verəndə təsbeh daşları kimi çevirib yada salmalı, götür-qoy etməlidir. Qazandıqlarını isə Mehmanın dostları bilməli və deməlidir.
O, hər şeydən əvvəl yaxın adamlarının əsl məhəbbətini, hörmətini qazandı. Azərbaycan ədəbiyyatına isə öz timsalında bir kişi adının əlavə edilməsini qazandırdı. Mehman Qaraxanoğlu professional tənqidçi, ədəbiyyat adamı adını qazandı. Gözəl müəllim, qayğıkeş dost adını, cəfakeş vətən övladı, hörmət və izzət sahibi olmağı qazandı. Məncə, bunlar üçün yaşamağa dəyər. Mehman imzası ciddi ədəbiyyat söhbəti var deməkdir. Mehman imzası mətnin dərinliyinə girmək bacarığı, eyni zamanda mətnin doğru-dürüst kontekstini müəyyənləşdirmək səriştəsi deməkdir. Mehman imzası yazarın pənahı və oxucunun dostu deməkdir. Yaxşı ki, varsan, əzizi-mən. Sən və sənin kimi nəcib ədəbiyyatçılar olmasaydı, nanəciblərlə baş çıxarmaq çətin olardı.

Sənə uzun ömür, cansağlığı və könül xoşluğu arzulayıram.

Sənə və yaradıcılığına dərin hörmətlə, dostun Kamal Abdulla.

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?