sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Kamal Abdullanın “Adaşlar” hekayəsi Gürcüstanda çap olunub

13/04/2021 - 11:00
A A
Facebookda paylaş

 

Xalq yazıçısı Kamal Abdullanın “Adaşlar” hekayəsi “Ədəbi Gürcüstan” qəzetində çap olunub.

 

Bu barədə məlumatı Tbilisi Dövlət Universitetinin professoru David Qoçeridze verib.

O bildirib ki, qəzet Kamal Abdulla haqqında qısa məlumatı da oxuculara təqdim edib. Məlumatda deyilir ki,  Kamal Abdulla Azərbaycanın Xalq yazıçısı, elm və mədəniyyət xadimidir. O, ölkənin ictimai, ədəbi və mədəni məkanında böyük nüfuza malikdir:

“Kamal Abdulla görkəmli yazıçıdır, Azərbaycanda pyesləri, hekayələri, romanları, esseləri və şeirləri nəşr olunub, əsərləri türk, rus, gürcü, alman, fransız, ingilis, ispan, polyak, portuqal, ukrain, fin, italyan, ərəb, yapon, çernoqor, bolqar, qazax, qırğız və bir çox dillərə tərcümə olunub. Pyesləri Azərbaycan, Gürcüstan, Estoniya teatrlarının səhnəsində tamaşaya qoyulub.
Kamal Abdullanın romanları “Yarımçıq əlyazma” (bir çox mükafatlara layiq görülüb, Umberto Eko əsərə yüksək qiymət verib), “Sehrbazlar dərəsi”,  “Tarixsiz gündəlik”, “Unutmağa kimsə yox” və Sirlərin sərgüzəşti” romanları və hekayələri ədəbi aləmin diqqətini çəkib, haqqında saysız-hesabsız sanballı məqalələr yazılıb. Kamal Abdullanın ən yaxşı əsərlərindən biri olan “Adaşlar” hekayəsi modern məsrin gözəl nümunələrindəndir”.

“Adaşlar” gürcü ədəbi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Hekayənin tərcüməçisi Tbilisi Dövlət Universitetinin professoru Tamara Şarabidzedir.

 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az