sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Kamal Abdullanın “Laokoon… Laokoon” romanı Almaniyada nəşr olunub

20/06/2022 - 11:20
A A
Facebookda paylaş

Xalq yazıçısı Kamal Abdullanın “Laokoon… Laokoon” romanı Almaniyada nəşr olunub. Bu haqda məlumatı kitabın redaktoru, Almaniyada yaşayan yazıçı-tərcüməçi Orxan Aras verib. O bildirib ki, romanı alman dilinə türkoloq Karl Hermann Keyhlin tərcümə edib.

Almaniyanın “Pem” nəşriyyatı tərəfindən çap olunan kitab “Amazon” və “Thalia” kimi böyük internet satış saytlarında oxuculara belə təqdim edilib: “Laokoon və ya roman kimi roman. Alman oxucuları ustad yazıçı Kamal Abdullanı “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” əsərlərindən tanıyırlar. Bu əsərdə o, oxucuları indiki vaxtdan götürərək mifoloji səyahətə aparır. Romanda keşiş Laokoon troyalılar tərəfindən ciddi qəbul edilmədiyi üçün onların müharibədəki məğlubiyyəti bu günə qədər gətirilir. Vaqifin sevgilisi Firəngiz isə az qala Dədə Qorqud dastanının qəhrəmanı Banuçiçəklə eyni aqibəti yaşayacaq. Əsrlərin süzgəcindən keçmiş sevgi, qısqanclıq və nifrət hisslərinin paralelləri romanda ustalıqla işlənib. Əsərləri rus, türk, ingilis, italyan, yapon, fransız, ispan, polyak, portuqal, və s. dillərdə nəşr olunan ustad yazıçı Kamal Abdulla son romanı ilə oxucuların rəğbətini qazanıb.”

Orxan Aras əlavə edib ki, “Laokoon… Laokoon” kitabının təqdimatı üçün yazıçının Almaniyaya səfəri planlaşdırılır.

Qeyd edək ki, Orxan Aras romanı türkcəyə də tərcümə edib. Kitab yaxın vaxtlarda Türkiyədə nəşr olunacaq.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az