sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Kamal Abdullanın Moskvada yeni kitabı işıq üzü gördü
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Xəbər > Kamal Abdullanın Moskvada yeni kitabı işıq üzü gördü

Kamal Abdullanın Moskvada yeni kitabı işıq üzü gördü

Published 08/06/2019
Paylaş

Yazıçı, akademik Kamal Abdullanın Moskvada  “Kitabi-Dədə Qorqud poetikasına giriş” adlı elmi monoqrafiyası çap olunub.

Kitabın önsözünü Moskva Dövlət Linqvistik Universitetinin “Milli və xarici ölkələr ədəbiyyatı” kafedrasının müdiri, Rusiyanın görkəmli ədəbiyyatşünası, tərcüməçisi, professor Aleksandr Petroviç Bondarev yazıb. Professor Bondarev “Hermenevtikanın ortancıl mərhələsi” adlı önsözündə akademik Kamal Abdullanın bu kitabını “Gizli Dədə-Qorqud”dan bəri davam edən araşdırmalarında yeni mərhələ hesab edir. Əsərdə qədim mətnlərin poetik qatı ilə bağlı orijinal və yeni yanaşma təqdim edilir.  Müəllif qeyd edir ki, “Kitabi-Dədə Qorqud” kimi anaxronik, müxtəlif qədimlik dövrlərinin əlamətlərinə malik olan mətnlər üçün bu yanaşma bədiilik qatının immanent təhlil açarı ola bilər. Qədim yazılı abidələrin müxtəlif poetik qatlarının bir-birindən ayrı təhlili sonrakı birgə təhlilin platformasına çevrilir.

Kitab müqəddimə, iki hissə (hər biri ayrıca fəsillərlə), ümumi nəticə, son söz və əlavələrdən ibarətdir. Müqəddimədə kitabın adı haqqında müəllifin qeydləri, anaxronik mətn, mif dövrü mətninin xüsusiyyətləri, ibtida bədiipoetikliyin yaranma səbəbləri və sairə haqda elmi təhlil yer alıb.

“Mifoloji dansöküləndə bədiipoetik enerji axtarışları” adlanan birinci hissədə autentik mif, qədim mətnin yaranma mühiti və şəraiti, autentik mifdə potensial bədiipoetik enerjinin təzahürü, Mağara mədəniyyəti və Mağara ruhu, Dədə Qorqud mətnlərində sözün müstəqim və məcaz qatları haqda elmi yanaşma ortaya qoyulub.

“Xüsusi qurmalar ibtidai bədiipoetiklik vasitələri kimi” adlanan ikinci hissədə “Sahmanlayıcı ünsürlər”, “Sadəlovh suallar”, “Təkrarlar ibtidai bədiipoetik quruluşun əsas vasitəsi kimi”, “Bədiipoetik yasaqlar. “Materialın müqaviməti”” adlı fəsillərdə “Kitabi-Dədə Qorqud” mətninin poetik məziyyətləri, mətndaxili kosmik nizam, Xaosdan Kosmosa keçidin “bədiipoetik” qatda reallaşması, poetikliyin söz, cümlə və cümlə birliyi səviyyələri araşdırılır.

Monoqrafiyanın nəticə hissəsi elmi qənaətləri ümumiləşdirmədən daha çox bu istiqamətdəki gələcək perspektivlərə həsr olunub.

Kitabın əlavələr bölümündə monoqrafiyanın istiqamətinə uyğun olaraq oxucunun təsəvvürlərinin dərinləşdirilməsi məqsədilə müəllif tərəfindən “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” kitabından “Azərbaycan dilində cümlənin monopredikativ quruluşunun təşəkkülü” hissəsi və “Mifdən Yazıya, yaxud “Gizli Dədə Qorqud”  kitabından “Mif və Yazı” hissəsi yerləşdirilmişdir.

Qeyd edək ki, monoqrafiya Moskvanın nüfuzlu “Xudojestvennaya literatura” nəşriyyatında çap edilib.

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?