sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Kamal Abdullanın “Unutmağa kimsə yox” romanı Almaniyada çap olunub
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Proza > Kamal Abdullanın “Unutmağa kimsə yox” romanı Almaniyada çap olunub

Kamal Abdullanın “Unutmağa kimsə yox” romanı Almaniyada çap olunub

Published 16/06/2021
Paylaş

 

 

Xalq yazıçısı Kamal Abdullanın “Unutmağa kimsə yox” romanı Almaniyada nəşr olunub.

 

Bu barədə kitabın redaktoru və ön sözünün müəllifi Orxan Aras məlumat verib. O, bildirib ki, indiyədək Almaniyada Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” romanları türkoloq K.Hermann tərəfindən alman dilinə tərcümə edilərək Pem-Epubli nəşriyyatında işıq üzü görüb.

Orxan Aras ön sözdə kitabın almanca təqdimatı üçün bunları yazıb: “Unutmağa kimsə yox” Azərbaycanın tanınmış yazıçısı Kamal Abdullanın 2011-ci ildə nəşr olunan və postmodern yanaşma ilə qələmə aldığı romandır. Əsər müstəqil bir roman kimi qəbul edilsə də, əvvəllər dərc olunmuş “Yarımçıq əlyazma” və “Sehrbazlar dərəsi” romanları ilə  bir zəncir halqası kimi bağlıdır. Yazıçının mifoloji konsepsiyalardan və nağıl elementlərindən – Qarağac, Çiçəkli yazı, Vəng dağı, İşıq saçan daş kimi fantastik məkan və elementlərdən istifadə etməsi romanı bənzərsiz edir. Alman oxucular bu romanla birlikdə fərqli məkanlar, fərqli zamanlar içində yaşayan dəyişik bir dünyanın qapısından içəri addım atacaqlar.

Kamal Abdulla özünəməxsus üslubu, canlı təsvirləri və tarixə fərqli bir pəncərədən baxışı ilə dünya ədəbiyyatında xüsusi yer tutur. Şübhə etmirəm ki, alman oxucuları bu fərqi tez bir zamanda görəcək və Kamal Abdullanın əsrarəngiz dünyasına maraqla baxacaqlar”.

Kitabın rəssamı Soltan Soltanlıdır. Kitab dünyanın ən böyük veb saytlarında, xüsusən  “Amazon“da satışa təqdim olunur.

 

 

https://www.epubli.de/shop/buch/Es-Gibt-Niemanden-Zu-Vergessen-Kamal-Abdulla-9783754132319/114946

https://www.amazon.de/dp/3754132318/ref=olp_aod_redir_impl1/262-1895173-0084607?_encoding=UTF8&aod=1

https://www.thalia.de/shop/home/artikeldetails/ID152128578.html

https://www.hugendubel.de/de/buch_kartoniert/kamal_abdulla-es_gibt_niemanden_zu_vergessen-41068393-produkt-details.html?searchString=9783754132319

 

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?