sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: “Kardeş kalemler”in yeni sayı Nizami Gəncəviyə həsr edilib
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Xəbər > “Kardeş kalemler”in yeni sayı Nizami Gəncəviyə həsr edilib

“Kardeş kalemler”in yeni sayı Nizami Gəncəviyə həsr edilib

Published 15/06/2021
Paylaş

 

"Kardeş kalemler"in yeni sayı Nizami Gəncəviyə həsr edilib<b style="color:red"></b>

 

 

 

 

 

 

 

 

 

 

 

 

Türk Dünyasının ortaq ədəbi dərgisi olan, Avrasiya Yazarlar Birliyinin mətbu orqanı “Kardeş kalemler”in özəl sayı dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.

AMEA-nın birinci vitse-prezidenti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin təklifi ilə hazırlanan sayda Azərbaycan və Türkiyədən dəyərli ziyalılar, ədəbiyyatşünaslar Nizami Gəncəvi haqqında yazıları, araşdırma mətnləriylə çıxış ediblər.

Dərgi akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” məqaləsiylə açılır. Müəllif bu məqaləsində yazır: “Şərqdən doğan ədəbiyyat günəşi Nizami Gəncəvi (1141-1209) böyük və ölümsüz sənətiylə bütün insanlığa aid güclü bir ədəbi şəxsiyyətdir. Böyük Azərbaycan şairi Nizami Gəncəvi də Dante, Servantes, Şekspir, Əbdürrəhman Cami, Əlişir Nəvai, Məhəmməd Füzuli, Balzak, Viktor Hüqo kimi mənsub olduğu xalqın milli qüruru olmaqla yanaşı, həm də dünya ədəbiyyatını ən yüksək səviyyədə təmsil etməkdədir”.

Daha sonra dərgidə akademik Teymur Kərimlinin “Nizami və Şekspir”, professor Nüşabə Araslının “Orta çağ türk şeirində Nizamidən iqtibaslar”, Zəhra Allahverdiyevanın “Nizami Gəncəvinin nəsil şəcərəsi üzərinə bir araşdırma”, Əzizağa Nəcəfzadənin “Nizami tədqiqatında Nizaminin türklüyü”, professor İmamverdi Həmidovun “Nizami Gəncəvinin ilk və layiqli xələfi”, professor Pərvanə Bəkirqızının “Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində mifoloji tiplər və motivlər”, Vəfa Hacıyevanın “Azərbaycan şairi Nizami Gəncəvinin dünyagörüşünə dair”, Aygün Bağırlının “Səməd Vurğunun gözündən Nizami Gəncəvi”, Əlizadə Əsgərlinin “Xəlil Rza Ulutürkün tərcüməsində Nizami Gəncəvinin sənəti” kimi məqalələr yer alıb.

Eyni zamanda, türkdilli oxucular Təhminə Bədəlova, Xuraman Hümmətova, Fəridə Vəliyeva, Teyer Yelena Mixaylovna, Hürnisə Bəşirovanın da Nizami Gəncəvi yaradıcılığına və tədqiqatçılığına dair bir-birindən maraqlı elmi məqalələrini oxuya biləcəklər.

Türkiyədən isə professor Əhməd Qartal “Gəncəli Nizaminin məsnəvilərində “türk” qavramı”, Aynur Beşkonak “Doqquz əsrlik çinar Nizami Gəncəvi” adlı mətnləriylə dərgidə yer alıblar. Həmçinin, “Türk dünyasının ağsaqqalı”, professor Mustafa İsenin Nizami Gəncəvi haqqında “Kardeş kalemler”ə verdiyi özəl müsahibə də bu saydadır.

Dərginin “Xəbər” rubrikasında isə bu dəfə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi nəşrləri haqqında mətnlər yer alıb.

ŞAHANƏ

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?