sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabının müzakirəsi keçiriləcək – ELAN
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Kamal Abdulla - 70 > “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabının müzakirəsi keçiriləcək – ELAN

“Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabının müzakirəsi keçiriləcək – ELAN

Published 09/01/2023
Paylaş

“Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabının müzakirəsi keçiriləcək – ELAN

Yanvarın 13-də saat 12:00-da M.F.Axundov adına Milli Kitabxanada Xalq yazıçısı, akademik Kamal Abdullanın və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin “525-ci qəzet” tərəfindən nəşr edilən “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” adlı kitabın təqdimat-müzakirəsi keçiriləcək.

Təqdimat-müzakirədə iştirak sərbəstdir.

“525-ci qəzet” seriyasından işıq üzü görən yeni nəşrin redaktorları akademik Muxtar İmanov və Almaniyada yaşayan həmyerlimiz, professor Maqsud Əfəndiyev, rəyçiləri Xalq şairi Ramiz Rövşən və professor Fəxrəddin Sadıkoğlu, nəşriyyat redaktorları Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və tərcüməçi Seyfəddin Hüseynlidir.

Qeyd edək ki, kitabın “Ön söz”ündə qeyd olunan kimi qeyri-səlis düşüncə tərzi qeyri-səlis məntiq adlı elmi istiqamətdə birləşmiş və əslində, ona qədər şüurumuzu idarə edən Aristotel formal məntiqinə qarşılıq kimi yaranmışdır. Bu məntiq kateqoriallıqdan uzaq, insana, onun dünyanı obyektiv şəkildə dərk və qəbul etmə prinsiplərinə yaxın bir düşüncə tərzidir. Qeyri-səlis məntiqin ilk dəfə “Kitabi-Dədə Qorqud” dastanına tətbiqi filoloji düşüncəmizin inkişafı üçün yeni perspektivlər açır.

 

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?