sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Könül Səlimli. Tavan
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Köşə > Könül Səlimli. Tavan

Könül Səlimli. Tavan

Published 13/01/2023
Paylaş

Sim-sim.az Könül Səlimlinin “Tavan” hekayəsini təqdim edir.

 

Bir … iki… ü… ü… Üç… – Axır ki, düşdü üçüncü – deyib Nahid sevinərək saymaq üçün dördüncü damcının tavandan düşməyini gözlədi. Damcılar da bir qəribə naza çəkirdilər özlərini. İcazəsiz başqasının evinə girdikləri bəs deyil, tavandan nazla tutub dayanırdılar, o baş, bu başa rəqs edirdilər… Bəlkə, bu da onların işi idi, onların tapşırığı idi.  Nahidin həvəsini görüb, vacib iş gördüklərini hesab edib, uşağın ürəyini üzürdülər. (Buna ya məsuliyyətlə işini görmək demək olar, ya da özlərini mazata mindirmək.) Nə olsa da Nahid halından razı idi. (Nə bilmək olar bəlkə də onu həyəcanlandıran elə damcıların özlərinin istədikləri vaxtda düşməkləri idi…)

Nahidi sevindirən su damcıları, anasını özündən yaman çıxardırdı. Evdəki qab-qaşığın hamısını yerə düzmüşdü.  Bütün qablar göydən nazlanaraq düşən su damcılarını qucağına almaq üçün gözləyirdi. Anası Xatirə qablara yığılan suları dayanmadan həyətə ataraq, canını qurtarmağı fikirləşirdi. Bilmirdi ki, buxarlanıb yenə bir neçə gündən sonra qonağı olacaqlar. (Bəlkə də, elə hər şeydən belə canımızı qurtarırıq deyə, heç vaxt tam azad ola bilmirik… ) Nahid su damcılarıyla söhbət edir, onların yerə enişlərini sayırdı ki, Xatirə çölə içəri girib çıxamaqdan yorulub oturdu. Birdən gözü Nahidə sataşdı. Nahidi çox xoşbəxt görüb təəccüblə onun yanında dirsəklənib tavana baxdı.

– Neçənci düşür?

– Təzə başlamışam saymağa. Hələ 37- ci düşəcək.

– Niyə indi düşmür ki?

– Vaxtını gözləyir, ya da rəqsini tamamlayır. Bəlkə də, dostları ilə söhbət edir. Ya da ki, yerə düşməkdən qorxur. Birazdan dostları yaxınlaşıb itələyəcəklər.

Nahid xoş təbəssümlə Xatirəyə baxaraq.

– Çoxunda belə oldu. Bayaqdan baxıram.

– Dost adamı itələyər, bəs?

– Qorxuna qalib gəlmək üçündüsə, itələyər.

Xatirə fikirli halda evə, tavana baxaraq. Sakit səslə pıçıldadı.

– Belə çıxır ki, mənim heç dostum yoxdu…

Nahid gözünü tavandan ayırmadan sözə başlayır.

– Ana, elə bilirsən su damcılarının hamısı eynidi?

– Deyil ki?

– Əlbəttə ki, yox. Bax, tavanın lap küncündən düşən damcıyla, tavanın ortasından düşən damcı fərqlidi. Biri çox doludu, o biri balaca.

– Hamısı sudu da.

– Ana, ona qalsa hamımız insanıq da.

Xatirə Nahidin sözündən tutulur. Nahid anasının qoluna toxunaraq onu fikirdən ayıldır.

– Səslərinə qulaq as, onlar elə bil hərəsi bir mahnı oxuyur.

– Qabların səsidi o, bala. Biri alminumdu, o biri plastmas. Su düşəndə hərəsi öz materialına görə səs çıxardır.

Nahid biraz gileyli, bir az da təəccüblü səslə.

– Sən sehri görmürsən?

– Mənim üçün bu dəqiqə sehr Gülşənin evidi.

– Niyə? Ordakı damcılar daha başqa cürdü?

– Yox, onların tavanı dammır…

 

 

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?