sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Leyla Əliyevanın şeiri Kamal Abdullanın tərcüməsində

05/07/2019 - 09:11
A A
Facebookda paylaş

Xalq yazıçısı Kamal Abdulla Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirini tərcümə edib. Leyla Əliyeva şəxsi instaqram hesabında həmin şeirini paylaşıb.

 

Mənim başlanğıcımdır sonsuz aləmin sonu.

Amma yenə necə də əlçatmazdı ulduzlar.

Hərislik bir cəhənnəm bəlasıdır, qov onu,

Cəhənnəmdən cənnətə həmişə bir yol var.

 

 

Nə zamansa tonqalda yandılar cadugərlər.

Onlardan qorxsalar da, bağışlanmaz qaldılar.

Nə qədər boş-boşuna danışaraq birtəhər

Kainatın ruhunu çəkib candan aldılar.

 

 

Gör necə də gizlicə iblis gəlib yaxına

Əgər gələ bilibsə, deməli, var amanı.

Bütün dünya zindan tək keçməyibmi yaxana?!

Zindandan çıxanların yetişəcək zamanı.

 

 

Mən qorxmuram şənlikdən, qorxmuram dostdan, yaddan

Qeybətlər və hədyanlar daha sıxmır qəlbimi.

Qoy bütün hakimləri bağışlasın Yaradan

Onlar əməlsizdilər, susurlar heykəl kimi.

 

 

Gizlənmirəm mən daha sərt həqiqət üzündən

Həqiqətin hər üzü yaltaqlıqdan ucadır.

Əgər özüm olmasam, utanaram özümdən,

İnsanı bu dünyada haqq, ədalət yaşadır.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az