sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Simsim+
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
No Result
Bütün nəticələr
sim-sim

Mən də sizi gözəl sandım, doğma bildim… – Kamal Abdulla

Facebookda paylaş

Əziz dostlar!

 

Bir neçə gündür ünvanı mənə yönəlmiş xoş sözlərinizə, isti təbriklərinizə görə təşəkkür etməyi özümə borc bildim. Cənab Prezidentimizin mənə olan yüksək etimadının, böyük dəyərinin sevincini tək yaşamadım. Oxucularımın, dost-doğma bildiyim insanların çoxsaylı zəngləri və məktubları məni bir daha əmin etdi ki, bizi təkcə sözün və ədəbiyyatın qüdrəti yox, həm də insanlığın möhtəşəm təntənəsi birləşdirir.

 

Mənim layiq görüldüyüm “Xalq yazıçısı” yüksək adı yaradıcılığıma verilən ali qiymətdir. Bu şərəfli adı Azərbaycan ədəbiyyatında həqiqi imzası olan böyük yazıçılarımız ləyaqətlə daşıyıblar. Onların mənəvi davamçısı olmaq, Azərbaycan dövlətinin fəxri adını daşımaq bir yazıçı kimi mənim üçün böyük qürurdur. Eyni zamanda digər həmkarlarımın, qələm dostlarımın fəxri adlara layiq görülməsini böyük sevinclə qarşıladım. Bu, bir daha sübut edir ki, Azərbaycan dövləti, möhtərəm cənab Prezidentimiz öz qəlbində ədəbiyyata, sözə, mədəni-mənəvi dəyərlərimizə böyük ehtiram və sevgi yaşadır.

 

Əziz dostlar, Sizin xoş sözlərinizə layiq olmağa hər zaman çalışmışam və əlbəttə, bu hər zaman belə də olacaq. Mənə olan diqqətinizə, sevginizə və sevincinizə görə minnətdaram. İnsan sevəndə və sevinəndə gözəldir. Mən də sizi müdam gözəl sandım, işıqlı gördüm, doğma bildim!

 

Sizin Kamal Abdulla  

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

sim-sim

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam

Əlaqə

+994505147488
omar.mazanov@gmail.com

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Simsim+
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az